Zülfüqar Mikayilovu yeni vəkil müdafiə edəcək
2-03-2011, 16:00
Oxunub: 7 543

Ölkənin nüfuzlu ruhanisinin müdaiəsini Elçin Namazov həyata keçirəcək
Bu ilin əvvələrində 8 yanvar 2011-ci tarixində həbs edilmiş Zülfüqar Mikayılovun müdafiəsi üçün vəkil Elçin Namazovla müqavilə bağlanıb. Artıq ölkənin nüfuzlu ruhanisini yeni vəkil müdafiə edəcək. Bu barədə Bolgexeber.com-a Zülfüqar Mikayılovun hüquqlarını qoruyacaq Elçin Namazov məlumat verib. Vəkil bildirib ki, Z.Mikayılov yanvar ayının 8-də polisə müqavimət adı ilə inzibati qaydada həbs edilib. “Daha sonra onun barəsində Cinayət Məcəlləsinin 278-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddəsi ilə cinayət işi başlanıb”-deyə vəkil əlavə edib.
E.Namazov həmçinin bildirib ki, iş materialları ilə tanış olmasa da bir sıra qanunsuzluqlar barədə artıq məlumatlıdır: “Onun təqsirləndirilən şəxs qismində cəlb olunması qərarından görünür ki, həbsinin səbəbi İslam Partiyasının sədri Mövsüm Səmədovla olan yaxın münasibətləridir. İstintaq özü belə yazıb. Yaxın münasibətə görə kiminsə həbs olunması tamamilə qanunsuzdur. Bundan başqa Z.Mikayılov saxlanarkən bütün hüquqları pozulub. Ona barəsində qanunvericilikdə nəzərdə tutulmuş vəzifələr yerinə yetirilməyib. Son vaxtlara qədər ailəsi onun harada olmasını bilməyib. Bu barədə işə başladıqdan sonra bütün zəruri addımları atacağıq”.
Xatırladaq ki, hacı Zülfüqar Mikayılov ictimaiyyət arasında nüfuzu olan şəxsdir və onu daha çox Quran hafizi kimi tanıyırlar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər