BolgeXeber.Com » Siyasət » 80 nəfər saxlanıldı

80 nəfər saxlanıldı

26-01-2013, 15:30
Oxunub: 5 118 Polis aksiyanı xüsusi zorakılıqla dağıdır

16.02. Aksiya başa çatmış kimi görünür. Saxlanılanlar polis bölmələrinə aparılıb. Fəallar polislərin çox olduğu yerdən dağılışıblar. Təxminən 80 nəfərin saxlanıldığı bildirilir.
16.00. Polislər bulvarda çoxalmağa başlayıblar. Aksiya iştirakçıları yenidən parakəndə qruplara ayrılıblar.
15.57. Artıq bir saatdır davam edən etiraz aksiyası dənizkənarı bulvara keçib. Burada gənclər çox, polislər isə azdır. Eyni şüarlar gur səslə, xorla səsləndirilir.
15.55. Polislər heç cür gəncləri bağdan qovub dağıda bilmirlər. Gənclər çəkilir, yenidən qayıdır, şüarlar səsləndirirlər.
15.52. Polislər jurnalistlərə xəbərdarlıq edirlər ki, çəkilib getsinlər, yoxsa onlar da həbs olunacaqlar. Artıq bir neçə jurnalist fiziki təzyiqə məruz qalıb.
15.50.Gənclər "Sahil" bağından dağılmır, yenidən bağa girirlər. Polis həbsləri davam etdirir.


***

Reportyorlarımızın verdiyi xəbərə görə, polis "Sahil" bağına daxil olan etirazçıların daha bir dəstəsini tutmaqla və bağdan qovub çıxarmaqla məşğuldur. Bu dəqiqəyə olan məlumata görə, çox sayda tutulan var. Polislər "Ar olsun belə polisə" deyən qadını həbs ediblər. Tutulanları avtobuslara yığırlar. 35 nəfər saxlanılan aksiya iştirakçısı ilə dolu avtobus artıq polis bölməsinə yola salınıb. Hadisə yerinə ikinci avtobus da gətirilib. Əməkdaşımızın verdiyi xəbərə görə, polislər jurnalistlərin işləməsinə imkan vermir, mane olurlar. Onlar jurnalistlərin birini yerə yıxaraq sürüyüblər. Hazırda Fəvvarələr meydanında aksiya davam edir. "Sahil" bağında aksiya davam edir. Polislər aksiya iştirakçılarını bir-bir, iki-bir ovlayırlar. Nərgiz Yaqublu və Yeganə Hacıyeva tutulanlar arasındadır. Polislər artıq aqressivləşiblər, jurnalistləri də itələyir, kobudluq edir, saxlanılanları sürüyürlər.

15:52

Müsavat partiyası bugünkü aksiyada saxlanılanlarla bağlı ilkin məlumat yayıb.

Tia.Az həmin məlumatı təqdim edir:

Bu gün Bakının mərkəzində İsmayıllı sakinlərinə qarşı hakimiyyətin törətdiyi zorakılığa və həbslərə etiraz olaraq gənclərin aksiyası keçirilib. Aksiyada “Silahları üstümüzdən çəkin” və digər şüarlar səsləndirilib. Polis Fəvvarələr meydanına gedən yolları bağlayıb, lakin gənclər Sahil bağında toplaşaraq aksiyaya start veriblər.

Polis aksiyanı xüsusi zorakılıqla dağıdıb. Onlarla aksiya iştirakçısı həbs edilib.

1. İntiqam Əliyev- hüquq müdafiəçisi
2. Yeganə Hacıyeva – Müsavat, İsa qəmbərin müşaviri
3. Nərgiz Yaqublu – Müsavat Gənclər Təşkilatı
4Elçin Cərullazadə- Müsavat Gənclər Təşkilatı
5. Elnur Əsgəriov- Müsavat Gənclər Təşkilatı
6. Mətin Nağıyev- Müsavat Gənclər Təşkilatı
7. Turqut Qəmbər- N!DA Vətəndaş Hərəkatı
8.Şamil Beydulla - Müsavat Gənclər Təşkilatı
Tutulanların ümumi sayı 30 nəfərə yaxındır.
Siyahı dəqiqləşdirilir.


15:30

Tia.Az-ın aksiyada olan müxbirlərinin məlumatına görə, gənc fəallar Atabəy Ağalarbəyli, Turqut Qəmbər, Əbülfəz Qurbanlı, Nadir Alma və jurnalist Emin Milli də polis tərəfindən saxlanılıb. Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu da saxlanılıb. Jurnalist Xədicə İsmayıl da saxlanılıb