Parlament Gülər Əhmədovanın yerinə deputat seçəcək
29-01-2013, 09:45
Oxunub: 5 068
Fevral ayının 1-də Milli Məclisin yaz sessiyasının birinci iclası keçiriləcək.
Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Modern.az-a bildirib ki, yaz sessiyasının birinci iclasının gündəliyinə daxil edilən 12 məsələdən biri parlamentin İntizam Komissiyasının tərkibinin yenidən təşkil edilməsi ilə bağlıdır.
Modern.az-a məlum olub ki, İntizam Komissiyasında fəaliyyət göstərmiş eks-deputat Gülər Əhmədovanın yerinə başqa deputat seçiləcək . Qeyd edək ki, Gülər Əhmədova dördünçü çağırış Milli Məclisin İntizam Komissyasının katibi idi.
İntizam Komissiyasının sədri Siyavuş Novruzov, üzvləri isə Fəttah Heydərov, Mirkazım Kazımov, Səttar Mehbalıyev, Fazil Mustafa və Sədaqət Vəliyevadan ibarət təşkil olunub.
MSK 34 saylı Xətai II seçki dairəsindən deputat seçilmiş G.Əhmədovanı məlum videoqalmaqalla bağlı mandatdan məhrum edib.
Respublika Prokurorluğu videomaterialın araşdırılması üçün Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlayıb. Hazırda sabiq deputat polis nəzarətinədir, istintaq gedir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər