Ərdoğan: "Onların dollarları varsa, bizim də Allahımız var"
10-08-2018, 14:01
Oxunub: 4 439
Xəbər verdiyimiz kimi, Türkiyədə dolların məzənnəsi rekord həddə bahalaşıb. Belə ki, 1 dollar artıq 6 lirəni ötüb.
Qaynarinfo xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı dolların sürətlə bahalaşmasına münasibət bildirib. O, Türkiyəyə qarşı müxtəlif kampaniyalar aparıldığını söyləyib və əhalini buna qulaq asmamağa çağırıb:
"Onların dollarları varsa, bizim də xalqımız, haqqımız, Allahımız var. Heç narahat olmayın. Bu saata qədər bizi gözlədiniz. Biz də gərgin iş rejimində yeni dövrə hazırlaşırıq. Bir tərəfdən dünyanın dörd bir yanın gedib-gəlirik. Ölkəmizi inşallah yeni dövrə çox daha fərqli hazırlamaq üçün çabalayırıq. Çox çalışacağıq və 2023-cü ilə fərqli şəkildə girəcəyik".
Qeyd edək ki, bir qədər əvvəl TRY/USD nisbəti yenidən qalxaraq 6,01-ə çatıb. TRY/GBP nisbəti 7,05, TRY/GBP nisbəti isə 7,67 olub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər