BolgeXeber.Com » Siyasət » Musa Quliyev: “Prezidentin belə bir xəbərdarlığı zəruri idi”

Musa Quliyev: “Prezidentin belə bir xəbərdarlığı zəruri idi”

14-02-2013, 12:20
Oxunub: 4 042 Özünü idarə edə bilməyən insanların bizim cəmiyyətdə yeri olmamalıdır.
Bu sözləri millət vəkili Musa Quliyev Gün.Az-a açıqlamasında dünən Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda yekun nitqi barədə fikirlərini söyləyərkən dilə gətirib.
O bildirib ki, Prezident İlham Əliyevin bu çıxışı mənəvi dəyərlərin qorunması, möhkəmlənməsi, inkişaf etdirilməsi, həm də Azərbaycan cəmiyyətində mənəvi harmoniyanın yaradılması üçün çox önəmli bir mesajdır.
Həmin çıxışı məmur etikası və dövlət işində çalışan insanların davranışı ilə bağlı prezidentin mövqeyinin göstərilməsi kimi qiymətləndirən Musa Quliyev sözlərinə əlavə edib ki, belə bir xəbərdarlığın edilməsi də günün tələbi ilə çox uyğun və zəruri idi.
“Biz özümüz də gündəlik həyatımızda bir çox hallarda belə hallarla rastlaşırıq. Böyüklüyündən və kiçikliyindən asılı olmayaraq bir çox məmur var ki, özlərinin Azərbaycan vətəndaşı olduqlarını unudurlar, ailə üzvlərinin və öz davranışlarına cəmiyyətin necə qiymət verəcəyini unudurlar.
Onlar özlərini cəmiyyətdən yuxarı tuturlar. Çox vaxtda da vulqar həyat tərzi keçirirlər. Prezident də çox mədəni şəkildə xatırlatdı ki, belə hallara yol vermək olmaz” – deyə, M.Quliyev qeyd edib.
Millət vəkili hesab edir ki, bundan təkcə məmurlar deyil, hamı nəticə çıxarmalıdır.
“Vəzifə insanın kimliyini müəyyən etmir. İnsanın kimliyini, şəxsiyyətini onun dəyəri müəyyən edir.
Heç kəsə də haqq vermir ki, kimisə təhqir etsinlər, öz övladlarına xüsusi imtiyazlar yaratsınlar. Nəticəni çıxarmaq üçün cəmiyyətin burada nəzarətedici rolu və funksiyası da olmalıdır.