Vəzifəli şəxslərin videolarının yayılması qadağan olunacaq
14-02-2013, 17:25
Oxunub: 4 042
Hazırlanan xüsusi qanun layihəsində cəza da müəyyənləşəcək
Azərbaycanda məmurların, deputatların və digər ictimai-siyasi xadimlərin şəxsi həyatlarının və görüşlərinin gizli cəhətlərinin onların razılığı olmadan video, audio və foto lentə alınmasını qadağan edən xüsusi qanun layihəsi hazırlanır.
Bununla bağlı cəza da tətbiq olunacaq.
Milli Məclisdən verilən məlumata görə, qanun layihəsi üzərində iş Konstitusiyanın 32-ci maddəsində bununla bağlı nəzərdə tutulmuş müddəadan irəli gələrək aparılır.
Bu müddəa Azərbaycan Respublikasının Konstitusiyasına 2009-cu ilin 18 mart tarixində keçirilən son ümumxalq referendumunda salınıb.
Qanunun qəbulunda məqsəd bu sahədə mövcud boşluğu aradan qaldırmaq və konkret sərhədləri göstərməkdir. Belə ki, mövcud “Məlumat azadlığı haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Kütləvi İnformasiya Vasitələri haqqında”, “Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında”, “İnformasiya əldə etmək haqqında” qanunlarda bu məsələ bütün vətəndaşlarla bağlı ümumi şəkildə göstərilsə də, qeyd olunan şəxslərlə əlaqədar konkretləşmə yoxdur.
O cümlədən bununla bağlı cəza mexanizminin tətbiqi də qanunvericiliklə təsbit olunmayıb.
Yeni qanun isə çəkiliş və səsyazmaların ancaq məmurların, deputatların və digər ictimai-siyasi xadimlərin özlərinin razılığı olmadan aparılıb, yaxud aparılmaması ilə bağlıdır.
Sənəddə həmin şəxslərin şəxsi və ictimai fəaliyyətlərinin hansı hissəsində çəkiliş və səsyazmaların mümkün olması, hansı hissəsində isə olmaması tam dəqiqləşəcək.
Nəzərdə tutulan qanun layihəsində həmin şəxslərin ictimai və xidməti fəaliyyətləri zamanı çəkiliş və səsyazmaların onların razılığı olmadan aparılması belə qanunvericiliklə tənzimlənəcək.
Bununla yanaşı, sənəddə onların fəaliyyətlərinin və həyatlarının digər sahələrində çəkiliş və səsyazmaların razılıq olmadan aparılmasının qadağan olunması da konkret sərhədlərlə təsbit olunacaq.
Qanun qəbul olunacağı təqdirdə Cinayət və İnzibati Xətalar məcəllələrinə də əlavələr olunması nəzərdə tutulur ki, bu da bu sahədə indiyə qədər nəzərdə tutulmayan cəza mexanizmini müəyyənləşdirəcək.
Layihənin bu il parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəyə çıxarılması gözlənilir.
ANN.Az
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə