Gülər Əhmədovanın vəkili danışdı
14-02-2013, 14:05
Oxunub: 4 787
“Hələ təcridxanada olmamışam”
Səbail Rayon Məhkəməsində barəsində həbs-qətimkan tədbiri seçilən keçmiş deputat Gülər Əhmədova dünən Bakı İstintaq Təcridxanasına aparılıb. Onun vəkili Eldar Qədimi açıqlamasında bildirib ki, özü hələ eks-deputatla görüşə bilməyib. Vəkil bunu G. Əhmədovanın gecə saatlarında həbs olunması ilə əlaqələndirib. “Gülər Əhmədova gecə saatlarında həbs olunub və onunla görüşə bilməmişəm”.
Eldar Qədimi müvəkkilinin əmlakının müsadirə olunması haqqında deyilənlərin doğru olmadığını vurğulayıb. “Gülər Əhmədovanın hələ məhkəməsi olmayıb ki, onun əmlakı da müsadirə olunsun”.
Qeyd edək ki, G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər