Saatlıda Namiq Bağırov qaydaları
30-07-2010, 17:10
Oxunub: 10 089

Maliyyə İdarəsinin müdiri bütün idarə və müəssisələrə şərik olub
Əyalətlərdə yerli məmurların həyata keçirdikləri əməllər əhali üçün nə qədər çətinlik yaratsa da, bir o qədər də dözümsüzlük üçün əsaslar verməkdədir. Bununla bağlı insanların etdiyi şikayətlərə isə nə məhəl qoyan var, nə də əhəmiyyət verən. Elə Saatlıda olduğu kimi.
Bize daxil olan məlumata görə, Saatlı rayon Maliyyə İdarəsinin müdiri Namiq Bağırov 4 ay bundan əvvəl vəzifəyə təyin olunmasına baxmayaraq, yeni qaydalar tətbiq etməyə başlayıb. Rayon sakinlərinin verdiyi informasiyaya görə, Namiq Bağırov ilk olaraq bütün idarə və müəssisə rəhbərlərini başına yığaraq, onlara konkret iki tapşırıq verib.
Məlumatda deyilir ki, birinci tapşırıq ondan ibarətdir ki, Saatlıda heç bir dövlət müəssisəsi və ya qurumu onun icazəsi olmadan işə adam götürə bilməz. Hətta bununla bağlı rayon rəhbərliyinin şəxsi göstərişi olsa belə. Lakin idarə rəhbəri bu qərarını hansı səbəblərdə verdiyinin səbəbini açıqlamayıb. Sadəcə bircə kəlmə deyib ki, bu onun istəyidir.
İkinci tapşırığı isə Saatlı rayonunda bundan sonra verilən əmək haqqıların hamısına şərikdir. Mənbənin bildirdiyinə görə, artıq qaydalar da belədir ki, hər bir idarə və müəssisə rəhbəri əmək haqlarının 50 faizini ona verməlidir. İlk belə təcrübəni isə rayonun Sanitar-Gigeyena və Epidemologiya İdarəsində həyata keçirib. Belə ki, Namiq Bağırov idarə işçilərinin əmək haqlarının yarısını kəsərək, özünə götürüb.
Bununla bağlı bize verilən başqa bir məlumatda deyilir ki, Namiq Bağırov rəhbərlik etdiyi idarənin binasına da kimsəni buraxmaq niyyətində deyil. Qeyd olunur ki, idarənin binası önündə polis postu qurduran maliyyə idarəsinin müdiri onlara qəti tapşırıq verib ki, heç bir vətəndaşı içəri buraxmasın. Hətta rayondakı görüşlərdən birində onu da iddia edib ki, sözügedən polisləri orada saxlamaq üçün ayda 5000 manat pul xərcləyir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər