Daha bir vəzifəli şəxsə cinayət işi açıldı
23-02-2013, 14:45
Oxunub: 5 273
Saatlı rayonunda yerləşən peşə liseyində külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi faktı aşkarlanıb. Hüquq-mühafizə orqanlarından Peşə Liseyinə yeni direktor təyin olunmuş Hüseynov İsmayıl Mirzəağa oğlu işi qəbul etdikdən sonra araşdırmalar aparıb. Yeni direktor liseydə külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi, bəzi sənədlərin dəyişdirilməsi kimi halları üzə çıxarıb.
İ.Hüseynov dərhal rayon prokurorluğuna və digər aidiyyəti orqanlara müraciət edib. İlkin araşdırmalarla müəyyən edilib ki, peşə liseyində daha öncəki rəhbərlik tərəfindən 42 min manat dəyərində ziyan vurulub.
Faktla əlaqədar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı yəni vəzifəli şəxs, eləcə də vəzifəli şəxs olmayan dövlət qulluqçusu və ya yerli özünüidarə orqanı qulluqçusu tərəfindən rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə) maddəsi ilə iş başlanılıb. Araşdırmalar davam etdirilir.
Xəbər xidməti
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər