İsgəndər Həmidovdan sensasiyalı açiqlama
24-02-2013, 11:20
Oxunub: 4 731
“İndiki iqtidar heç vaxt müharibə etməyəcək, edə bilməyəcək. Müharibə etməkdən ötrü ölkədə xalqa arxalanan, xalqın dəstək verdiyi legitim hakimiyyət lazımdır”.
Bu barədə sabiq Daxili İşlər naziri İsgəndər Həmidov “Azərbaycan hakimiyyətini Qarabağın azad olunması üçün müharibəyə başlamaqdan çəkindirən nədir?” sualına cavabında bildirib. Müharibənin torpaqlarımızın azad olunması üçün yeganə yol olduğunu vurğulayan İ.Həmidov sona qədər müharibə çağırışını edəcəyini söylədi: “Müharibə əlbəttə ki, qandır, qadadır. Elə bilməyin ki, mən müharibə tərəfdarı kimi çıxış edirəmsə, müharibənin çox məsuliyyətli məsələ olduğunu başa düşmürəm. Müharibə övladın atasız, ananın övladsız, ailələrin başsız qalması deməkdir. Amma bu da var ki, torpaqlarımız işğal altındadır və yüz faiz məlumdur ki, sülh yolu ilə azad olunmayacaq. Ona görə də müharibədən başqa yol yoxdur. Azərbaycan başqa dövlətin ərazilərində müharibə etməyib ancaq işğal altındakı öz torpaqlarında işğalçılara qarşı hərbi əməliyyatlar keçirəndən sonra heç bir dövlətin və beynəlxalq təşkilatın hüquqi əsası yoxdur ki, bizi beynəlxalq qanunları pozmaqda ittiham etsin. Edə də bilməzlər. Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda müharibəyə başlayıb bir neçə rayonumuzu azad edərək həm Ermənistanı, həm beynəlxalq birliyi fakt qarşısında qoymalıdır. Belə olanda dərhal Azərbaycanı danışıqlar masasına dəvət edəcəklər və bu vəziyyətdə danışıqlar masasında Ermənistanın indiki özündənrazılığından əsər-əlamət qalmayacaq. Ermənistan indiki tələblərini dəyişəcək. Bugünkü vəziyyətdə biz faktiki olaraq məğlub dövlət durumundayıq və danışıqlar masasında Ermənistan öz tələbini diktə edir. Amma bir neçə rayonu güc yolu ilə azad edən kimi danışıqlar masasında biz diktə edəcəyik”.
İ.Həmidov təəssüflə qeyd etdi ki, Azərbaycanda indi hakimiyyətdə təmsil olunan bir çox adamlardan olsa, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini tanıyar: “Bəzi məmurlar hazırdırlar ki, Dağlıq Qarabağı respublika kimi tanısınlar. Bir İlham Əliyev buna razı deyil və imza atmır. Məhz buna görə də hələ Dağlıq Qarabağ separatçılarına o status verilməyib. Məmurlara qalsa çoxdan verilmişdi. Bunların müharibə etmək fikri yoxdur”.
Etibar SEYİDAĞA
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər