Elşad Abdullayevin moskvadakı gəlir mənbəyi
4-03-2013, 14:30
Oxunub: 5 891
Elşad Abdullayevin rektoru olduğu Azərbaycan Beynəlxalq Univerisitetinin Moskva filialı hələ də fəaliyyət göstərir. Bu barədə AzNews.az xəbər portalına Rusiya Xalqlar Dostluğu Universitetinin adının çəkilməsini istəməyən azərbaycanlı müəllimlərindən biri deyib. Həmin müəllimin dediyinə görə, adıgedən təhsil müəssisəsi Moskvada deyil, Moskva vilayətində fəaliyyət göstərir.
Mənbənin bildirdiyinə görə, adı çəkilən filial Moskvadan xeyli uzaq bir kənddədir. Amma bu formal belədir. Həmin kənddə univerisitetin sadəcə ünvanı var. Moskva vilayətinin Odinsovo rayonunu Marfifno adlı kəndində universitetin ünvanı göstərilir. Ünvan dəqiq belədir: “Moskovskaya obl, Odinsovskiy-on, selo Marfino 25 a-l.” Bundan başqa Odinsovo rayonunun rəsi İnternet saytında belə ABU-nun Moskva filialı rayon ərazisində fəaliyyət göstərən ali məktəblər siyahısına daxil edilib.
Mənbə deyir ki, filial Rusiya Təhsil Nazirliyinin A – 164599 saylı lisenziyası ilə fəaliyyət göstərir. Həmin lisenziya isə filiala hətta ilboyu tələbə köçürmələrinə imkan verir.
Filialın rektoru da kifayət qədər maraqlı adamdır. O, Azerros təşkilatının idarə heyətinin üzvü Viktor Tatarinsevdir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər