Prezident İSESCO-nun baş direktorunu qəbul edib
16-03-2013, 21:40
Oxunub: 5 443
Prezident İlham Əliyev martın 16-da İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrini qəbul edib. apa-nın xəbərinə görə, İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri “Terrorçuluğun qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi” mövzusunda Beynəlxalq konfransın Bakıda yüksək səviyyədə təşkil olunmasına verdiyi dəstəyə görə prezident İlham Əliyevə minnətdarlığını ifadə edib. Konfransda 50 ölkəni və 20 beynəlxalq təşkilatı təmsil edən nümayəndələrin iştirakının önəmini vurğulayan Əbdüləziz bin Osman əl-Tüveycri Azərbaycanın bu cür beynəlxalq tədbirlər keçirməkdə yaxşı təcrübəsi olduğunu məmnunluqla qeyd edib.
Azərbaycan prezidenti “Terrorçuluğun qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi” mövzusunda Bakıda təşkil edilən Beynəlxalq konfransa olan böyük marağı yüksək qiymətləndirib. Prezident İlham Əliyev konfransda müzakirə olunacaq məsələlərin terrorçuluğun qarşısının alınması istiqamətində birgə səylərin daha da artırılması işinə xidmət edəcəyinə əminliyini bildirib.
Görüşdə Azərbaycan ilə İSESCO arasında əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər