Moskva Azərbaycana qarşı ənənəvi silahını işə salır
7-04-2013, 13:35
Oxunub: 5 361
“Müstəqil Talışıstan” İctimai Birliyi talış gənclərini “DQR”də təhsil almağa çağırdı
Moskvada fəaliyyət göstərən “Müstəqil Talışıstan” İctimai Birliyi talış gənclərin qondarma DQR-də yaradılan Suvorov və Mədətov adına hərbi məktəbdə oxumasını istəyir. Rus və erməni mətbuatının yazdığına görə, təşkilat bununla bağlı xüsusi bəyanat yayıb.
Həmin bəyanatda Azərbaycanda yaşayan talışların nə vaxtsa öz müstəqil dövlətlərini yaradacaqları vurğulanır və buna görə də talış gənclərinin hərbi təhsil almasının vacibliyi qeyd olunur. Bəyanatda həmçinin “DQR”dəki hərbi məktəblərdə erməni gənclərlə bərabər talış gənclərə də hərbi təhsil almalarına şəraitin yaradılması yüksək qiymətləndirilir. Xarici ölkələrdə yaşayan talış gəncləri mübarizəyə çağıran birlik onlara belə bir imkanın verilməsinin mühüm nəticələrinə inandığını vurğulayıb.
Qeyd edək ki, işğalçı Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarında yaradılacaq hərbi məktəbdə ermənilərlə bərabər talış, udin, ləzgi, avar, tatlara da oxumaq imkanı yaradılacağını bildirib. Hazırda tikintisi aparılan məktəbin koordinatoru “Kommandos” ləqəbli Arkadi Ter Tadevosyandır.
Bu şəxs 1939-cu ildə Gürcüstanda doğulub. Tbilisidə hərbi məktəbi bitirdikdən sonra hərbçi olmaq üçün Bakıda ilk hərbi təhsilini alıb. Daha sonra indiki Sankt-Peterburqda hərbi akademiyada təhsilini davam etdirib. Əfqanıstan, Çexoslavakiya, Almaniyada xidmət edərək daha sonra 1987-ci ildə Ermənistana gedib. 1988-ci ildən etibarən Azərbaycan torpaqlarının işğal edilməsində aktiv fəaliyyətə başlayıb. Şuşanın işğal olunması üçün əməliyyatın məhz onun tərəfindən hazırlanıb həyata keçirildiyi bildirilir.
AzNews.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər