Gülər Əhmədova özü haqda yazıların başlığından narazıdır
11-04-2013, 08:50
Oxunub: 5 302
Vəkil Raqif Mustafayev: “Elşad Abdullayev sabiq deputatın həbsindən əvvəl dindirilməli idi”
Vəkil Ramiz Zeynalov: “Eldəniz Abdullayevlə Arzu Kazımov arasındakı söhbət pozulub, onu yaysaydılar, mənzərə aydınlaşardı”
Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsinin yaydığı səs yazısı barədə xəbər vermişdik. Səs yazısı ABU-nun sabiq rektoru Elşad Abdullayev, onun qardaşı İsmayıl Abdullayev və hazırda həbsdə olan iş adamı Arzu Kazımov arasındakı söhbətə aid idi. Onun yayılmasına səbəb kimi A.Kazımovun vəkili Ramiz Zeynalovun həqiqəti əks etdirməyən açıqlamalar verməsi göstərilib.
Komitə üzvlərinin rəyinə görə, R.Zeynalov ictimaiyyəti və istintaqı yayındırmaq üçün həqiqətdən uzaq məlumatlar verir.
“Azadlıq.TV”yə təqdim edilən səs yazısı A.Kazımovun iş otağında lentə alınıb. Dialoqdan məlum olur ki, A.Kazımov M.Abdullayevin azad edilməsi üçün E.Abdullayevdən külli miqdarda pul alıb. O deyib ki, aldığı pulu Daxili İşlər Nazirliyində yüksək vəzifə tutmuş mərhum general Zahid Dünyamalıyevə (səs yazısı Dünyamalıyev rəhmətə getməzdən əvvəl yazılıb) verəcək. E.Abdullayev təkidlə A.Kazımovdan tələb edir ki, Dünyamalıyevə zəng etsin. Lakin Kazımov generala zəng etməkdən imtina edir. Dialoq zamanı o da məlum olur ki, Kazımov aldığı pulu geri qaytara bilmədiyi üçün tikdirdiyi binadan E.Abdullayevə mənzillər təklif edir.
A.Kazımovun vəkili Ramiz Zeynalov isə “Yeni Müsavat”a açıqlamasında bu səs yazısı barədə danışdı. Dedi ki, o görüş və E.Abdullayevlə aralarında olan söhbət barədə A.Kazımov 2012-ci ilin sentyabrında istintaqa ifadə verib: “İfadəsində bildirib ki, onunla Elşad Abdullayev arasında iki kontrakt var. Ona 30 faizlə sələmə, 1.5 illiyinə pul verib. Amma bir ay keçməmiş pulunu geri istəyib. Kazımov da deyib ki, indi pulu yoxdur, əvəzində ev təklif edib”.
R.Zeynalov dedi ki, hazırda yayılan səs yazısı montaj olunub. Onun dediyinə görə, bu görüşdən öncə A.Kazımovun yanına E.Abdullayevin iki qardaşı - Elsevər və Eldəniz gəlib. Onlar qardaşlarının kontraktla pul aldığına inanmayıb: “Elşad Arzu Kazımovdan tələb edib ki, qardaşlarıma de, elə-belə vermişəm. O da razılaşmayıb. Elsevər gedib, sonra İsmayılla Elşad yenidən gəliblər Kazımovun yanına. Eldənizlə Arzu arasında olan söhbət pozulub, onu yaymayıblar. Halbuki onu yaysaydılar, mənzərə tam aydınlaşardı”.
Vəkil dedi ki, səs yazısında da A.Kazımov M.Abdullayevin qaytarılması məsələsinə öz münasibətini bildirib: “Orada deyib ki, gedin, bu məsələni Dünyamalıyevlə danışın. Bu məsələnin ona aidiyyətinin olmadığını bildirib”.
R.Zeynalov dedi ki, yayılan video və audioyazılara görə ekspertiza təyin olunmalıdır. Vəkil oradakı səslərin kimə məxsus olması ilə bağlı sübutların istintaqa təqdim olunmalı olduğunu dedi: “Kasetin stenoqramı çıxarılsın. Stenoqramla tanış olaq, sonra mövqe bildirək. Bəlkə də istintaq özü buna qiymət verib. Hər halda, Kazımov 6 ay qabaq bu barədə ətraflı ifadə verib. Onda heç bilmirdi ki, belə səs yazısı olub. Elşad Abdullayevlə aralarında olan pul məsələsini o vaxt açıqlayıb”.
Bu arada dünən vəkil Raqif Mustafayev də sabiq YAP-çı deputat Gülər Əhmədova ilə saxlandığı 1 saylı istintaq təcridxanasında görüşüb. Sabiq deputatın sağlıq durumunun əvvəlki qaydada olduğunu deyən vəkil onunla müdafiə işi ilə bağlı müzakirələr apardığını vurğuladı. Mustafayev bununla bağlı sabah açıqlama verəcəyini dedi.
O, E.Abdullayevin dindirilməsi üçün Fransaya xüsusi qrup göndəriləcəyi ilə bağlı xəbəri şərh edərkən dedi ki, istintaq hərəkətləri G.Əhmədova həbs olunmazdan əvvəl aparılmalı idi: “Bunun indi edilməsi belə düşünməyə əsas verir ki, bu qanunsuzluqları düzəltsinlər. Şübhə doğurur ki, belə halda istintaq obyektiv aparılmır. Abdullayev dindirilsə, Gülər xanım da bu dindirmənin nəticələrinə cavab verəcək. İstintaqın normal gedişi belə olmalıdır. Bu hərəkətlər onun həbsindən əvvəl edilməli, nəticələr həbsdən əvvəl ona təqdim olunmalı idi”.
Vəkil G.Əhmədovanın qəzetlərdə onun barəsində yazılan xəbərlərdən narazılığını bildirdiyini dedi: “Gülər xanım xüsusən başlıqlardan narazıdır. Bir çox halda yazdıqlarınızla yazıların başlıqları uyğun gəlmir. O da bundan narazı qalır”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər