Nazim İbrahimov və Kərəm Həsənov vəzifələri ilə vidalaşır?
12-04-2013, 10:45
Oxunub: 5 861
Redaksiyamıza maraqlı bir müraciət daxil olub. Özünü hakimiyyətdə nüfuzlu məmurlardan birinin yaxın qohumu kimi təqdim edən, amma eyni zamanda anonim qalmasını arzulayan mənbə bildirib ki, yaxın günlərdə iki dövlət komitəsi sədri ilə bağlı yekun qərar verilə bilər.
Mənbənin iddia etdikləri: «Onlardan biri Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov, digəri isə Diasporalarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovdur. Hər iki komitə sədri iqtidariçi çəkişmələr fonunda kifayət qədər müdafiəsiz qalıblar. Onları kimsə müdafiə etmədiyindən, hakimiyyətin daxilində cərəyan edən başlıca çəkişmələrin predmetinin tamam fərqli mahiyyətdə olması səbəbindən bəlkə də iqtidar içində döyüşən tərəflərin hər birini razı sala biləcək bu qərarın icrası yubanmayacaq».
Məlumatı verən mənbə onu da bildirib ki, Nazim İbrahimov və həmçinin Kərəm Həsənov müəyyən iqtidardaxili oyunlara cəlb olunmaları səbəbindən də hədəfdədirlər: «Hər zaman bu kimi fiqurlar ilkin qurbanlıq olur. Nazim İbrahimov və onun qardaşları çoxdanı hədəfləridir. Hacı İbrahim Nehrəmli isə pullarını xərcləyəndən sonra çıxdaş ediləcək.
Həsənovlara gəlincə isə əmlak komitəsi sədrinin deputat qardaşı - Malik Həsənov da bu prosesdən xzərər görəcək. Onun da biznesi hədəfdədir».
Mənbə onu da əlavə etdi ki, bütün bunlar həm də təhlükəyə çevrilmə ehtimalı yüksək olan pulların nəzarətə götürülmə niyyətiylə birbaşa bağlıdır.dia.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər