BolgeXeber.Com » Siyasət » Cəbrayılın icra başçısı İsa Qəmbər haqda kobud danışdı

Cəbrayılın icra başçısı İsa Qəmbər haqda kobud danışdı

12-04-2013, 11:15
Oxunub: 5 746 İsa Qəmbər hansı əsasla Cəbrayıl sakinləri ilə görüşmək istəyir? Mən bunu anlamıram. Axı, onun Cəbrayıl rayonunda heç bir dayağı yoxdur. Gəlsə də döyüləcək. Biabır olub, qayıdacaq".
Bu sözləri açıqlamasında Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev "Müsavat" başqanı İsa Qəmbərin Cəbrayıl rayonundan olan seçicilərlə görüşü barədə xəbərə münasibətində söyləyib.
Mahmud Quliyev bildirib ki, İsa Qəmbəri bu rayonda Vahid Məmmədli və İzzət Məmmədlidən başqa kimsə dəstəkləmir.
Qeyd edək ki, Müsavat Partiyasının başqanı, prezidentliyə namizəd İsa Qəmbər aprelin 14-də cəbrayıllılarla görüşəcək. Görüş Müsavat Partiyasının qərargahında keçiriləcək.