“Qayıdacam və seçkidə iştirak edəcəm…” – Rəsul Quliyev
13-04-2013, 08:20
Oxunub: 5 466
Mən heç vaxt “2013-cü ilin martında Azərbaycana gələcəyəm” deməmişəm”
Azərbaycanın eks-spikeri, hazırda ABŞ-da mühacirətdə yaşayan Rəsul Quliyev yenidən vətənə qayıtması ilə bağlı açıqlama verib. R.Quliyev bu ilin payızında keçiriləcək prezident seçkilərində namizəd kimi iştiraka iddialı olduğunu da vurğulayıb.
Milli Məclisin sabiq sədri Azərbaycana nə zaman qayıdacağı ilə bağlı suala konkret cavab verməsə də, bu haqda vaxtı çatanda məlumat verəcəyini bildirib.
“Mən heç vaxt “2013-cü ilin martında Azərbaycana gələcəyəm” deməmişəm. Mən demişəm ki, mart və ya aprel aylarında Azərbaycana qayıtmağımın konturları məlum olacaq və bu barədə məlumat verəcəyəm”,- deyə eks-spiker bildirib.
R.Quliyev daha sonra aparıcı müxalifət liderlərinə seçki mesajı göndərib:
“İkincisi “seçkilərdə iştirak edəcəyəm” bəyanatını 2011-ci ilin dekabrında elan etmişəm. Amma bu gün əsas söhbət prezidentliyə namizədliyi irəli sürməkdən yox, ölkədə azad və ədalətli seçkilərin keçrilməsinə nail olmaqdan gedir, hamı da bu istiqamətdə səylərini birləşdirməlidir. Təəssüf ki, bu müddət ərzində biz azad və ədalətli seçki keçirməkdən daha uzaqlaşmış və seçkilərin saxtalaşdırılmasına yaxınlaşmışıq”.
Uzun illərdir Amerikada yaşayan Rəsuı Quliyev bir müddət əvvəl Modern.az-a açıqlamasında prezident seçkilərinə qatılacağını bildirərək bu məqsədlə Bakıya qayıyacağını bəyan edib. Eks-spiker bildirib ki, əgər o, seçkilərə qatılmasa, müxalifət məğlub olacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər