ABŞ-dan Azərbaycan məmurlarına gizli sanksiya
14-04-2013, 10:05
Oxunub: 5 230
Obama “Maqnitski siyahısı”nı təsdiqlədi
Amerikanın Maliyyə Nazirliyi 280 nəfərlik siyahıdan cəmi 18 nəfərin adını açıqlayıb, qalanlar məxfi saxlanılır; açıqlanmış siyahıda Bakıda anadan olmuş polis podpolkovniki də var; siyahının açıqlanmayan hissəsində Azərbaycan məmurlarının da olduğu istisna deyil
Aprelin 12-də gecə yarısına yaxın ABŞ-ın Maliyyə Nazirliyi rusiyalı vəkil Sergey Maqnitskinin ölümü ilə bağlı sanksiyalar tətbiq edilən Rusiya məmurlarının prezident Barak Obama tərəfindən təsdiqlənmiş siyahısını yayıb. Siyahının açıqlanması ərəfəsində “Frans press” və “Assoşieted press” agentlikləri ABŞ Konqresindəki mənbələrə istinadən orada təkcə Rusiya deyil, Ukrayna, Azərbaycan və Özbəkistan vətəndaşlarının da adlarının olduğu barədə sensasion xəbər yayıb.
Belə ehtimallar yaranıb ki, ABŞ prezidenti rusiyalı vəkilin həbsxanada öldürülməsinə görə sanksiyaları Rusiya məmurları ilə məhdudlaşdırmır və digər ölkələrdən də insan haqlarının pozulmasına, işgəncəyə görə məsuliyyət daşıyan məmurlara sanksiya tətbiq edir. Belə ki, Konqresdə gərgin müzakirələrdən keçən “Maqnitski qanunu”na edilmiş düzəlişə əsasən, Birləşmiş Ştatlar təkcə Rusiyanın yox, digər ölkələrin də insan haqlarını pozan məmurlarına sanksiyalar tətbiq etmək səlahiyyətinə malikdir.
Həmçinin ABŞ-da iki il əvvəl Obama tərəfindən imzalanmış digər qanuna əsasən, Vaşinqton insan haqlarının pozulmasına görə məsuliyyət daşıyan
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər