Mətanət İsgəndərli Elşad Abdullayevə cavab verdi
22-04-2013, 15:30
Oxunub: 5 748
Fəaliyyəti dayandırılmış ABU – nun sabiq rektoru, Fransada mühacir həyatı yaşayan Elşad Abdullayev qardaşı Mahir Abdullayevin oğurlanması faktına görə ictimai marağı özünə cəlb etməkdə davam edir və qiyamçı professor yaydığı növbəti müraciətdə yenə də Mətanət İsgəndərlini cinayətkar bandanın bir üzvü kimi təqdim edib.
Onun iddiasına görə adam oğurluğuyla məşğul olan mütəşəkkil cinayətkar banda bir dəfə qardaşı Mahiri oğurlamaq üçün Rusiya federasiyasının Sverdlovsk vilayətini seçibmişlər və bunun üçün Mətanət İsgəndərli də həmin vilayətdə konsert vermək adıyla Mahiri ora dəvət edir. Ancaq nədənsə həmin vaxt Mahiri oğurlamaq planı baş tutmur...
moderator.az saytına açıqlamasında Mətanət İsgəndərli bildirdi ki, o heç vaxt Sverdlovskda konsert verməyib və Elşad Abdullayevin onun barəsində söylədiyi ittihamları qətiyyətlə rədd edir, bunu onun növbəti uydurması və dezinformasiyası hesab edir: “Mən heç vaxt Sverdlovskda konsert verməmişəm və Elşad Abdullayevin bu yersiz ittihamlarını rədd edirəm. Millətimə, onun sağlam düşüncəli nümayəndələrinə, həqiqi jurnalistikada çalışanlara da bildirmək istəyirəm ki, onun bu uydurmalarına inanmasınlar”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər