BolgeXeber.Com » Siyasət » “Baş redaktorun övladlarının qatilləri tezliklə tapılmalıdır”

“Baş redaktorun övladlarının qatilləri tezliklə tapılmalıdır”

23-04-2013, 16:00
Oxunub: 6 089 Məlum olduğu kimi 07 oktyabır 2011-ci ildə Bolgexeber.com saytının rəhbəri Vasif Turanın Qobu qəsəbəsindəki evində 2 azyaşlı övladı yandırılaraq öldürülmüşdür. Açılan cinayət işinin 2 ilə yaxın yubadılması istər baş redaktorun özündə, istərsə də ictimayyətədə birmənalı qarşılanmır. İşi aparan müstəntiqlər isə daha çox susmağa üstünlük verirlər. Məsələ ilə bağlı baş redaktorun həmkarları öz fikirlərini bildirilər.
Müstəqil Jurnalist Fikrət Fəraməzoğlu: «Vasif Turanın başına gəlmiş hadisənin açıq bir cinayət olduğu dəqiqdir. Bu müddət ərzində aparılan istintaq hərəkətlərini diqqətlə izləyən şəxs kimi onu deyə bilərəm ki, istintaq orqanları birmənalı olaraq obyektiv olmayıblar. Bunu təsdiq edən onlarla istiqamət göstərmək mümkündür. Aydın məsələdir ki, bu gün Azərbaycanda insanların taleyi puldan və mənsəbdən daha ucuzdur. Həmkarımızın başına gəlmiş müsibətin də bu səbəbdən obyektiv araşdırılmaması aydındır. Bir jurnalist və vətəndaş olaraq tələbim də odur ki, Vasif Turanın iki övladını itirməsi ilə nəticələnən bu dəhəştli faciə diqqətlə araşdırılmalı və cinayəti törətmiş şəxslər tapılaraq, cəzalandırılmalıdır».
Dünya İnformasi Agentliyinin (Dia.az) rəhbəri Məhməmməd Ərsoy: Bu hadisə olduqca üzücüdür. Olayla bağlı bir daha həmkarımıza səbr diləyirəm. Amma ən acınacaqlı məqamlardan biri ondan ibarətdir ki, olayı araşdırıb gərəkən hüquqi qiyməti verməli olan qurumlar sanki suçlu imiş kimi davranırlar. Ki, bu da onsuz da baş verən olaydan acı nəsibini almış həmkarımız Vasif Turanı daha da sarsıdır. Hər halda bu kimi olaylarda dövlət qurumları hansısa cılız qrup maraqlarına yox, mentalitetimizə söykənsəydilər daha yaxşı olardı.
Gündəm Xəbər qəzetinin redaktoru Nəsimi Şərəfxanlı: Baş verənlər nəinki hüquqa və qanuna, insanlığa sığmayan bir cinayətdir. Hər birimizi üzən faciədə söz azadlığına və jurnalistə təzyiqdən daha dəhşətlisi-
insanlıq normalarının ayaqlanması baş verdi. Bu cinayətin üstü açılmayınca və günahkarlar layiqli cəzasın almayınca dövlət öz vətəndaşının təhlükəsizliyindən danışa bilməz. Biz hər birimiz həm bir həmkar, həm də bir vətəndaş kimi Vasif Turanın yanındayıq və onun tələblərini müdafiə edirik.
Tribuna İnformasiya Agentliyinin (Tia.az) rəhbəri Əlişir Əhəd: Texnikanın inkişaf etdiyi bir dönəmdə bu cinayət işinin bu qədər yubadılması anlaşılan deyil. Artıq 2 ilə yaxındır ki, məsələ ilə bağlı açıan cinayət işindən bir xəbər yoxdur. 2 övladını faciəvi şəkildə itirən bir ataya ən sevindirici xəbər bu cinayətin açılmasıdır ki, o da bu xəbəri səbirsizliklə gözləyir.
Digər tərəfdən cinayət işini aparan müstəntiqin bu müddət ərzində heç bir nəticəyə gəlməməsi normal göstərici deyil. Mən də digər həmkarlarım kimi bu cinayət işinin tezliklə açılmasını və cinayətkarların cəzalandırmasını istəyirəm.
Müstəqil jurnalist Imran Kərimli:Bu cür faciəvi hadisə əslində hər bir kəsin başına gələ bilər.Bu baxımdan nəinki təkcə jurnalistlər ,bütün cəmiyyət baş redaktorun övldlarının başına gətirilən bu cinayətə laqeyd qalmamalıdır.Açıq-aydın sezilir ki,hadisə ilə bağlı istintaq bilərəkdən obyektiv aparılmamışdır.Hesab edirəm bu məsələnin açılmamasında maraqlı olan insanlar var.Mən əminəm ki,əgər buna oxşar hadisə yüksək vəzifəli məmurun başına gətirilsə idi ,cinayətkar bir-iki günə tapılardı.İndi kriminalistika elmi dünyada elə inkişaf edib ki, hətta 100 il əvvəl baş vermiş adi bir cinayət hadisəsini detallarınacan müəyyən etmək olur.Bu baxımdan hadisənin əsl səbəbinin aşılmaması istintaq orqanlarının peşəkarlığının bizdə aşağı olmasından yox, cinayətkarı tapmaq istəyinin olmamsından irəli gəlir. Ancaq ümid edirəm ki,dövlətə utanc gətirən bu hadisəni törədənlər indi də olmasa , gələcəkdə,demokratik dövrdə öz cəzalarına catacaqlar.