Zakir Qaralov çinli həmkarları ilə görüşüb
26-04-2013, 22:50
Oxunub: 5 845
Baş prokurorluğdan Bolgexeber.com-a verilən məlumata görə aprelin 26-da Baş prokuror Zakir Qaralov ölkəmizdə rəsmi səfərdə olan Çin Xalq Respublikasının Ədliyyə nazirinin müavini Canq Sucunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Azərbaycan və Çin Xalq Respublikaları arasında qarşılıqlı faydalı əməkdaşlığın uğurla inkişaf etdiyini diqqətə çatdıran Baş prokuror ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər, mütərəqqi qanunvericilik aktlarının qəbul edilməsi, o cümlədən prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarının müasirləşdirilməsi üçün görülən işlər barədə ətraflı məlumat vermişdir.
Çin Xalq Respublikası Ali Xalq Prokurorluğunun Baş prokurorunun aprel ayının əvvəllərində ölkəmizə səfər etdiyini və hər iki dövlətin prokurorluq orqanları arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətini vurğulayan Baş prokuror ədliyyə nazirlikləri arasında yenicə imzalanmış Əməkdaşlıq haqqında Sazişin əlaqələrimizin daha da inkişaf etməsində mühüm rol oynayacağını bildirmişdir.
Azərbaycan Respublikasına səfərindən məmnunluğunu ifadə edən Canq Sucun ölkələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən hüquq mühafizə orqanları arasında əməkdaşlığının inkişafı üçün yeni bir səhifə açıldığını bildirmiş, məhkəmə-hüquq islahatları nəticəsində əldə edilmiş uğurlar yüksək qiymətləndirilməklə, əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğulamışdır.
Görüş zamanı dövlətlərimizin beynəlxalq təşkilatlar, o cümlədən Çinin təşəbbüsü ilə yaradılmış dünyanın korrupsiyaya qarşı mübarizə aparan qurumlarını birləşdirən nüfuzlu Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası çərçivəsində faydalı əməkdaşlıq etdikləri diqqətə çatdırılmış və Azərbaycanın Assosiasiyanın işində fəal iştirakı yüksək dəyərləndirilmişdir.
Görüşdə qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri və maraq doğuran digər məsələlər üzrə ətraflı fikir mübadiləsi aparılmışdır.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər