Bu gündən seçicilərə səsvermə vəsiqələrinin verilməsi başa çatır
20-12-2019, 10:00
Oxunub: 3 709
Azərbaycanda dekabrın 23-ə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı seçiciyə müvafiq məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi müddəti başa çatır.
Trend-in məlumatına görə, Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, vəsiqələr səsvermə gününə 24-3 gün qalanadək, yəni 2019-cu il noyabrın 29-dan dekabrın 20-dək verilməlidir.
Dekabrın 20-də, həmçinin seçki bülletenlərinin dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi prosesi başa çatır. Seçki bülletenləri səsvermə gününə azı 3 gün qalanadək verilməlidir.
Qeyd edək ki, dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Seçkilər 15,156 bələdiyyə üzvlüyü üzrə baş tutacaq. Ümumilikdə seçkilərdə iştirak etmək üçün 42 mindən çox namizəd müraciət edib. Bələdiyyə seçkilərində namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi müddəti artıq noyabrın 22-də başa çatıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər