Qeyri-millətlərdən olan deputatlığa namizədlər...
18-01-2020, 16:23
Oxunub: 4 535
Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərində qeyri-millətlərdən olan namizədlər də iştirak edəcəklər.
Bolgexeber.com Modern.az-a istinadən xəbər verir ki, dairə seçki komissiyaları tərəfindən namizədliyi qeydə alınan 4 nəfər qeyri-millətlərdən olan şəxs seçkilərə qatılıb. Onlar da təbii olaraq, vətəndaşı olduqları dövlətin ali qanunverici orqanında təmsil olunmaq istəyirlər.
Onlardan ən məşhuru aparıcı-jurnalist Yelena Siderenkodur. O, parlament seçkilərində namizədliyini 73 saylı şəhər seçki dairəsindən irəli sürüb və qeydə alınıb.
Xatırladaq ki, Yelena Sidorenko 1986-cı ildə Azərbaycanda, Bakı şəhərində anadan olub. O, 2002-ci ildə Mədəniyyət və İncəsənət Gimnaziyasının bitirdikdən sonra, elə həmin il Azərbaycan Dövlət Mədəniyyət və incəsənət Universitetinə daxil olub, 2007-ci ildə bakalavr, 2009-cu ildə magistr pilləsini bitirib. 2011-2014-cü illər ərzində Azərbaycan Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında, siyasi idarəetmə fakültəsində təhsil alıb.
Sidorenkonun ata-babası artıq bir neçə nəsil öncədən Azərbaycanda doğulub. Onlar, bir neçə əsr öncədən Azərbaycana köçüb, burada məskunlaşıblar. Ona görə də, jurnalist milliyyətcə ukraynalı olsa da, özünü azərbaycanlı hesab edir.
Növbədənkənar parlament seçkilərində yəhudilərin namizədi isə həkim Anatoliy Rafailovdur. Onun namizədliyi 53 saylı dairə seçki komissiyası tərəfindən qeydə alınıb.
Anatoliy Rafailov 5 fevral 1953-cü ildə anadan olub. İxtisasca həkimdir və "Sağlam Ailə" Məhdud Məsuliyyətli Cəmiyyətində beynəlxalq əlaqələr üzrə ekspert kimi fəaliyyət göstərir.
Növbəti namizəd olan İya Şaşlova isə 36 saylı Xətai dördüncü seçki dairəsindən parlament seçkilərində iştirak edəcək.
İya Şaşlova 29 mart 1987-ci ildə Bakı şəhərində anadan olub, atası rus, anası isə gürcüdür. O, Xətai rayonunda yerləşən 56 saylı orta məktəbi bitirib, 2 saylı Baza Tibb texnikumda və Tibb Universitetində təhsil alıb. Hazırda İya xanım Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində Reklam fəaliyyətinə nəzərətin təşkili şöbəsində çalışır.
Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin də seçkilərdə iştirak edir. O, milliyyətcə rusdur.
Zabelin 1946-cı Bakıda ildə anadan olub. Əmək fəaliyyətinə Azərbaycan Geologiya İdarəsində başlayıb. Məsuliyyətli və bacarıqlı şəxs kimi özünü sübut etməsi ilə Azərbaycan KP MK-nın katibi Heydər Əliyevin referenti, Azərbaycan KP MK-nın partiya təşkilat işi şöbəsinin müfəttişi, Nizami rayon İcrayyə komitəsinin sədri vəzifələrinə qədər yüksəlib. O, 1990-cı ildə Azərbaycan Ali Sovetinin deputatı, I, II, III, IV və V çağırışlarda Milli Məclisə üzv seçilib.
Mixail Zabelin Yeni Azərbaycan Partiyasının yaradıcılarından olub və hazırda Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvüdür.
Zabelin Azərbaycan Rus İcmasının sədri, ABŞ-ın Texas ştatının fəxri vətəndaşıdır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər