AŞPA-nın yeni prezidenti seçilib
27-01-2020, 16:03
Oxunub: 5 502
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni prezidenti seçilib.
APA-nın verdiyi xəbərə görə, təşkilatın qış sessiyasında belçikalı senator Hendrik Daemsin AŞPA prezidentliyinə namizədliyi təsdiqlənib.
Belçikanın AŞPA-da nümayəndə heyətinin rəhbəri H. Daems bu posta yeganə namizəd olub.
O, bu vəzifədə Lilian Mori Paskieni əvəz edib.
H. Daems qeyd edib ki, prezidentliyi dövründə daha yaxşı Avropa üçün əlindən gələni edəcək.
Xatırladaq ki, AŞPA-nın qış sessiyası 31 yanvarda başa çatacaq. Sessiyada Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyətinə deputatlardan Sevinc Fətəliyeva, Sahibə Qafarova, Rafael Hüseynov, Asim Mollazadə, Sabir Hacıyev və Naqif Həmzəyev daxildirlər. Həmçinin yanvarın 28-də Azərbaycan nümayəndə heyətinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçiriləcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər