BolgeXeber.Com » Siyasət » Çingiz Qənizadənin görüşündə İZDİHAM - Daha gözəl günlər naminə...!

Çingiz Qənizadənin görüşündə İZDİHAM - Daha gözəl günlər naminə...!

28-01-2020, 14:31
Oxunub: 5 779 Çingiz Qənizadənin görüşündə İZDİHAM - Daha gözəl günlər naminə...!Parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində 80 saylı İmişli- Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadə seçicilərlə görüşlərini uğurla davam etdirir.

Bolgexeber.com xəbər verir ki, Çingiz Qənizadə təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşü izdihamla keçib.

Bildirilir ki, görüşdə Təbliğat Qrupunun üzvləri, ağasaqqallar, ziyalılar, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

Namizədlər arasnda ən çox seçiciləri ilə görüşən, Çingiz Qənizadənin fəaliyyəti yüksək qiymətləndirilib. Eyni zamanda, Çingiz Qənizadə V çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı kimi seçildiyi ərazinin inkişafı istiqamətində real işlər görməsindən, problemlərinin həlli yolunda seçicilərin köməyinə çatmasından, sadəliyi və səmimiliyi ilə İmişli sakinlərinin rəğbətini qazanmasından danışılıb...

Çingiz Qənizadənin görüşündə İZDİHAM - Daha gözəl günlər naminə...!


Öz çıxışında - “Seçicilərin problemlərinə, onlar tərəfindən qaldırılan məsələlərə laqeydlik və biganəlik nümayiş etdirmək millət vəkilinə yaraşmaz”, - deyə Ç.Qənizadə vurğulayıb.

O, qeyd edib ki, son 5 illik fəaliyyəti dövründə nəinki öz seçicilərinin, həm də digər dairələrin seçicilərindən daxil olan hər bir müraciətə həssaslıqla yanaşıb, hər zaman səlahiyyətləri çərçivəsində onlar tərəfindən qaldırılan problemlərin müsbət həllinə çalışıb.

Görüşlər zamanı Çingiz Qənizadə dövlət başçısının rəhbərliyi altında ölkəmizdə həyata keçirilən quruculuq işlərindən, Azərbaycanın inkişafından, ölkə əhalisinin rifahı naminə görülən işlərdən bəhs edərək seçicilərini cənab Prezidentin siyasi kursunu dəstəkləməyə səsləyib.

Görüşdə minlərlə seçici, Ç.Qənizadənin onlara göstərdiyi diqqət və qayğısını da unutmayaıb, aktiv millət vəkili kimi ondan öz razılıqlarını ifadə ediblər.

Qəsəb və kəndlərdə keçirilən hər bir görüşdə seçicilərin ölkəmizdə həyata keçirilən əsaslı və genişmiqyaslı islahatları dəstəklədiklərinin şahidi olduğunu qeyd edən real namizəd 9 fevralda seçkinin nəticələrinin uğurlu olacağına inandığını bildirib.

Çingiz Qənizadə seçiciləri fəal olmağa, rayon, kənd, qəsəbə əhalisinin rifahlı naminə, seçki günü dürüst, daha real namizədə səs verməyə çağırıb.