BolgeXeber.Com » Siyasət » Arif Rəhimzadə Milli Məclisdə ağladı

Arif Rəhimzadə Milli Məclisdə ağladı

7-05-2013, 13:00
Oxunub: 5 918 Millət vəkili Milli Məclisdə ağlayıb. Heydər Əliyevin 90 illiyi ilə bağlı Milli Məclisdə müzakirələrə start verilib. Spiker Oqtay Əsədov çıxışlarla bağlı bu dəfə ənənənin pozulduğunu deyib. O bildirib ki, mə hum prezidentlə bağlı danışanlar artıq müəyyənləşib. Bunlar o şəxslərdir ki, onlar vaxtilə Heydər Əliyevlə birlikdə işləyib.
Çıxış edən deputat Fəttah Heydər Heydər Əliyevin Azərbaycan qarşısında xidmətlərindən danışdı. Onun sözlərinə görə, Heydər Əliyevi Allah xalq üçün bəxş edib: “O ilahi yaradıcılardan biri idi. Ulu öndərin bütün həyatı Azərbaycana həsr edilib. Azərbaycanı dünyada tanıtdı.
Heydər Əliyev hakimiyyəti dönəmində Milli Məclis sədrinin birinci müavini vəzifəsini tutan Arif Rəhimzadə bildirdi ki, Azərbaycanın bir dövlət kimi mövcudluğu mərhum prezidentə bağlı olduğunu dedi.
Bir neçə dəqiqə çıxış edən deputat sonra göz yaşlarını saxlaya bilmədi. Bir neçə dəqiqə danışığını davam etdirə bilməyən A.Rəhimzadənin həmkarları onun hönkürtüsünün də şahidi olub.