BolgeXeber.Com » Siyasət » Deputatlığa namizəd işdən çıxarıldı

Deputatlığa namizəd işdən çıxarıldı

3-03-2020, 13:01
Oxunub: 3 738
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Departament müdiri, “Azexport” portalının rəhbəri, deputatlığa keçmiş namizəd Zaur Qardaşov vəzifəsindən azad edilib.

Qaynarinfo xəbər verir ki, bununla bağlı İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı əmr imzalayıb.

Xatırladaq ki, Zaur Qardaşov bu ilin 9 fevralında Milli Məclisə keçirilən seçkilərdə 86 saylı İsmayıllı seçki dairəsindən deputatlığa namizəd olub.