İsmət Abbasov həyəcan təbili çaldi
14-05-2013, 11:50
Oxunub: 5 597
KTN şefi baş verənlərlə bağli həyəcan təbili çaldi:sirada kim var?
Hakimiyyətin nəzərdə tutduğu kadr islahatlarının əsas hədəflərindən biri olan kənd təsərrüfatı naziri İsmət Abbasovla bağlı redaksiyamıza maraqlı bir məlumat daxil olub. Hökumət içindəki mötəbər mənbələrdən Dia-az ötürülən informasiyada bildirilir ki, İsmət Abbasov özünə qarşı aparılan kampaniyanın arxasında birbaşa olaraq kimlərin dayanmasını sübutlayan dəlillərini hakimiyyətin üst düzəyinə çatdırıb.
Mənbənin söylədikləri: «İsmət Abbasovun əlində konkret sübutlar var və həmin dəlillərdən də aydın olur ki, nazirə qarşı aparılan mətbuat kampaniya birbaşa olaraq Prezident Administrasiyasından qaynaqlanır və hətta nazir haqqında mətbuata ötürülən «məhrəm informasiyalar» da məhz PA tərəfindən tərtib olunub».
Mənbəmizin sözlərinə görə, PA-nın nüfuzlu şəxslərindən birinin müxalifət mətbuatı vasitəsilə yayımladığı materialların əksəriyyətinin «cəmiyyət üçün əldə edilməsi mümkün olmayan informasiyalar» adlandıran nazir hətta özəl bilgilərinin ictimailəşdirilməsi səbəbindən hakimiyyət daxilində həyəcan təbilinin çalınması vaxtının da yetişdiyini «yuxarılara» təqdim etdiyi materiallarla yanaşı, vurğulayıb:
«İsmət Abbasov «yuxarılara» yazdığı məktubunda bildirib ki, bu gün onun özəl bilgilərini ictimailəşdirənlərin ertəsi gün hansı «vacib informasiyaları» paylaşacağını təxmin etmək çətin deyil».
Xatırladaq ki, bu arada PA rəhbəri Ramiz Mehdiyevin qarşılıqlı kompromatlar hesabına vəzifə başında qalması barədə də xəbərlər yayılmışdı. İndi isə İsmət Abbasovun nədən həyəcan keçirdiyi anlaşılandır. Yəni ilk açıq qurbanlardan biri odur. Sıradakı kim olacaq - bunu zaman göstərəcək…
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər