Prezident İlham Əliyev BMT-nin baş direktoru ilə görüşüb
14-05-2013, 19:25
Oxunub: 5 494
Bu gün Prezident İlham Əliyev Vyanada BMT-nin Sənayenin İnkişafı Təşkilatının baş direktoru Kandeh Yumkella ilə görüşüb. Xəbərə görə, görüşdə baş direktor Kandeh Yumkella Azərbaycana səfərini məmnunluqla xatırladıb, dünyada gedən qloballaşma proseslərinə toxunaraq sənaye, energetika və digər sahələrdə müşahidə olunan meyllərdən, bəşəriyyəti narahat edən problemlərdən danışıb. Müasir dövrün çağırışlarından bəhs edən BMT rəsmisi dünyadakı işsizlik problemlərinə toxunub.
Prezident İlham Əliyev Azərbaycandakı iqtisadi inkişaf proseslərini diqqətə çatdıraraq, ölkəmizdə yoxsulluğun azaldılması, yeni iş yerlərinin açılması, energetika və digər sahələrdə görülən tədbirlər barədə məlumat verib, respublikamızın əldə etdiyi uğurlardan söz açıb.
Görüşdə Azərbaycan ilə BMT-nin Sənayenin İnkişafı Təşkilatı arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər