BolgeXeber.Com » Siyasət » İlham Əliyev Şamaxıya gedib

İlham Əliyev Şamaxıya gedib

16-05-2013, 18:00
Oxunub: 5 278 Dövlət başçısı şəhərdə baş verən yeniliklərlə tanış olub
Bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Şamaxı rayonuna səfərə gedib. Dövlət başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Azərbaycan prezidentinə ulu öndərin abidəsinin yerləşdiyi Heydər Əliyev parkında yaradılan şərait barədə məlumat verilib. Bildirilib ki, parkda sakinlərin istirahəti üçün hərtərəfli şərait yaradılıb, geniş yaşıllıq zolaqları salınıb, uşaq-əyləncə guşələri qurulub.