Əhməd Əhmədzadə seçki yığımına başladı
24-05-2013, 10:00
Oxunub: 5 530
Melorasiya və Su Təsərrüfatı sahəsindəçalışan bütün idarə və müəssisə rəhbərləri təcili Bakıya çağırıldı
Qarşıdan gələn prezident seçkiləri iləəlaqədar olaraq bütün dövlət qurumları hərəkətə keçiblər. Hələ bir müddət əvvəl seçki hazırlığı məsələsində icra başçıları fəallıq nümayiş etdirirdilərsə, artıq prosesə iri qurumlar da qoşulmağa başlayıblar.
Bolgexeber.com-a daxil olan məlumata görə, Melorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadə artıq tabeçiliyində olan bütün qurumların rəhbərlərini Bakıya çağırıb. Məlumatda deyilir ki, Suvarma Sistemləri İdarələrinin rəhbərlərinin sabah paytaxta dəvət edilməsinin iki əsas səbəbi var. Birinci səbəb seçkilərə hazırlıq və ASC-nin hansı namizədi dəstəkləməsi ilə bağlıdır. Mənbə deyir ki, Əhməd Əhmədzadə birmənalı olaraq hazırkı prezident İlham Əliyevin dəstəklənməsi və namizədliyinin irəli sürülməsinə tərəfdardır.
İkinci səbəb isə seçki ili ilə əlaqədar olaraq maliyyə yığımı göstərilir. İddialara görə, Əhməd Əhmədzadə bütün idarə və müəssisə rəhbərlərinə seçki dövründə kampaniyanın maliyyələşdirməsi üçün pul tədarük etmələrini tapşıracaq. Mənbənin sözlərinə görə, həmin maliyyə vəsaitləri birbaşa ASC rəhbərliyinə veriləcək və oradan təyinatı üzrə bölüşdürüləcək.
Bundan başqa, bəzi idarə və müəssisə rəhbərlərinin də məsələsinin müzakirə edilməsi gözlənilir. Məlumatda deyilir ki, həmin şəxslər adları mətbuatda daha çox hallananlardırlar. Belə ki, artıq bir neçə idarə və müəssisə rəhbərinin adının «qara siyahıya» düşdüyü deyilir. Onların sırasında Bulat Ağabəyov və Tahir Rzayevin də olduğu deyilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər