“Susma!” əsərinə görə Hüseyn Abdullayevə qarşı təzyiqlər başladı
5-06-2013, 01:20
Oxunub: 3 587
Sabiq deputatın qardaşı işdən çıxarıldı; onu “Susma!” əsərinə görə susdurmaq istəyirlər: “Sonadək millətimin yanında olacam, Vətənimin rifahı, azadlığı və firavanlığı üçün əlimdən gələni əsirgəməyəcəm”
“Oğuz Eli” İctimai Birliyinin rəhbəri, sabiq millət vəkili Hüseyn Abdullayev bu günlərdə “Susma!” adlı yeni əsər yazıb. İyunun 3-də həmin əsər internet mediada yayıldı. Əsər son illər ölkəmizdə baş verən haqsızlıqlara, insan hüquq və azadlıqlarının kütləvi şəkildə pozulmasına, demokratik prinsiplərin kobudcasına tapdanmasına qarşı etiraz olaraq qələmə alınıb. Klipdə son illər Fəvvarələr bağında keçirilən aksiyalardakı görüntülərdən istifadə olunub. Həmçinin 2003-cü ilin 16 oktyabrında Azadlıq meydanında seçki saxtakarlığına etiraz edən insanların polislər tərəfindən vəhşicəsinə döyülməsi səhnələrinə də yer verilib. Marş janrında olan əsərdə xalq haqsızlığa qarşı mübarizəyə çağırılır. Bu əsər yayılandan bir gün sonra Hüseyn Abdullayevin ailə üzvlərinə qarşı təzyiqlər başlayıb. Bu haqda H.Abdullayev özü bildirib. Sabiq millət vəkili həmçinin bununla bağlı yazılı müraciət hazırlayıb. O, müraciətində xalqa xitab edərək deyir: “Əziz və çox dəyərli xalqım. Sizə bildirməliyəm ki, dünəndən başlayaraq bu günkü hakimiyyət mənə və ailə üzvlərimə qarşı çirkin şəkildə bir hədə-qorxu və təhdid kampaniyasına start verib. Belə ki, artıq mənim qardaşım Azər Abdullayev əsassız olaraq işdən çıxarılıb və mənim keçmiş biznes fəaliyyətimi yoxlayıb buna qondarma bir cinayət donu geyindirməyə çalışırlar. Bütün bunlar mənim yaradıcılığımla, son günlər yazdığım “Susma” əsəri ilə bağlıdır. Xalqımı ona qarşı olan bütün haqsızlıqlara, ədalətsizliklərə biganə qalmamağa çağırdığım üçün hakimiyyət mənə və ailə üzvlərimə qarşı bu cür cılız təzyiq üsulundan istifadə edir. Mən bu iqtidara bildirmək istəyirəm ki, belə metodlarla məni heç bir vaxt öz haqlı mövqeyimdən və əqidəmdən döndərməyə nail olmayacaqlar! Mənə qarşı hansı təzyiq formalarını tətbiq etsələr, yenə də bu gün diktatura rejimində əzab-əziyyət çəkən Azərbaycan xalqının mövqeyindən çıxış edəcəm. Sonadək millətimin yanında olacam, Vətənimin rifahı, azadlığı və firavanlığı üçün əlimdən gələni əsirgəməyəcəm.” (musavat.com)
Çox Oxunanlar
- 1-09-2023, 13:35 : Kəlbəcərdə atışma davam edir - Rəsmi
Xəbərlər / Ölkə
- 6-09-2023, 16:00 : İlham Əliyev Fərman imzaladı
Siyasət / Xəbərlər
- 26-08-2023, 18:12 : Naxçıvanda fəhlə faciəvi şəkildə öldü
Sosial / Xəbərlər
- 2-09-2023, 18:00 : Sabirabadda 3 otaqlı ev yandı
Sosial / Xəbərlər
- 16-09-2023, 11:21 : Borca görə axtarışda olan 160 nəfər saxlanıldı
Xəbərlər / Ölkə
- 9-09-2023, 18:00 : Bu icra başçısı da müavinini işdən çıxardı
Xəbərlər / Ölkə
- 16-09-2023, 18:00 : NATO-nun Baş Qərargah rəisləri toplandı
Dünya / Xəbərlər
- 7-09-2023, 09:25 : 7-ci sinif şagirdi küləyə görə faciəvi şəkildə öldü
Sosial / Xəbərlər
- 4-09-2023, 18:51 : İcra başçısı yeni tədris ilinə hazırlıqla bağlı təmir işləri aparılan ümumtəhsil məktəblərində olub
Bölgə / Xəbərlər
- 25-08-2023, 17:04 : Ərəblərin fantastik təklifini rədd edən Lukaku bu klubu seçdi
İdman / Xəbərlər