İsa Sadıqov Azərbaycana qayıdır
5-06-2013, 13:50
Oxunub: 6 145
Milli Şura elan olunduqdan sonra onun sıralarına qoşulmaq üçün ən müxtəlif təbəqələri təmsil edən nüfuzlu şəxslərlə danışıqlar aparır. Məlumata görə, bu danışıqlar hazırda da davam etdirilir. Bu danışıqlar çərçivəsində xaricdə yaşayan nüfuzlu azərbaycanlıların da prosesə qoşulması istiqamətində iş aparılır. Əldə etdiyimiz məlumata görə, artıq bu istiqamətdə bəzi razılaşmalar əldə olunub. Belə şəxslərdən biri də 2001-ci ildən Norveçdə mühacirət həyatı yaşayan polkovnik, müdafiə nazirinin sabiq müavini İsa Sadıqovdu.
Bizə çatan xəbərlərdə bildirilir ki, İ.Sadıqov bir müddət əvvəl Ankarada olub, bir sıra görüşlər keçirib və daha sonra doğulduğu Gürcüstana gəlib. Onun yaxın vaxtlarda fəal şəkildə Milli Şuranın sıralarına qoşulacağı bildirilir. Bu məlumatlara aydınlıq gətirmək və İ.Sadıqovun Azərbaycanda gedən proseslərlə bağlı mövqeyini öyrənmək üçün polkovniklə əlaqə saxladıq.
İ.Sadıqov bildirdi ki, həqiqətən də Norveçi tərk edərək bir müddət əvvəl Türkiyəyə gəlib. Onun sözlərinə görə, Türkiyədə bir sıra görüşlər keçirib və bəzi tədbirlərdə iştirak edib: “İndi Gürcüstandayam. İki aydı qayıtmışam qürbətdən. Qürbət vətəni əvəz edə bilməz”.
Azərbaycanda baş verənlərə gəlincə, İ.Sadıqov ölkədə baş verənləri diqqətlə izlədiyini deyib: “Azərbaycanda gedən bütün proseslərdən xəbərim var. Bu gün Azərbaycanda yeni bir mərhələ başlayıb və bu qələbə ilə nəticələnəcək. Mənim buna heç bir şübhəm yoxdu. Əminəm ki, sizlər də bunu hiss edirsiniz. Çox sevindirici haldı ki, milyonlarla həmvətənimizin arzuladığı birlik yarandı və bu birliyin qarşısını alacaq qüvvə görmürəm. Uzun illərdi bu rejim bizi parçalamağa çalışdı amma buna nail olmadı. Bizi sonadək bölə, əzə, qorxuda bilmədilər.
Mənim Milli Şurada təmsilçiliyimə gəlincə, hər zaman xalqımla birlikdə olmuşam və bundan sonra da olacağam. Əlimdən gələni edəcəyəm ki, dəyişikliyə nail olaq”.
İ.Sadıqov yaxın vaxtlarda Azərbaycana gələcəyini bildirdi. Onun fikrincə, hakimiyyət ölkəyə gəlişinə heç bir əngəl törədə bilməz. Çünki bunun üçün heç bir əsas yoxdu.
Bizimxeber.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər