BolgeXeber.Com » Siyasət » İlham Əliyevin prezidentliyə namizədliyi rəsmən irəli sürüldü

İlham Əliyevin prezidentliyə namizədliyi rəsmən irəli sürüldü

7-06-2013, 14:25
Oxunub: 6 136 Dövlət başçısı yenidən YAP sədri seçilib
Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən qurultayında Azərbaycan prezidenti, YAP sədri İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb.

apa-nın məlumatına görə, qurultay nümayəndələri bu il keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyinin YAP tərəfindən irəli sürülməsi təklifini yekdilliklə dəstəkləyiblər.

Bundan başqa, İ. Əliyev yenidən YAP sədri seçilib.