BolgeXeber.Com » Siyasət » Qurban Məmmədovun həbsinin əsl səbəbi bəlli oldu

Qurban Məmmədovun həbsinin əsl səbəbi bəlli oldu

8-06-2013, 13:20
Oxunub: 5 238 Həbsdə olan hüquqmüdafiəçisi Qurban Məmmədovun həbsi ilə bağlı yeni iddia ortaya çıxıb.

Bolgexeber.com xəbər verir ki, bu məlumatı Qurban Məmmədovun qardaşı, Azərbaynan Demokrat Partiyasını sədr Sərdar Cəlaloğlu verib.

ADP sədri bildirib ki, o, qardaşı ilə 5 ildən çoxdur şəxsi münasibətlərə görə görüşmür: “Biz hətta xeyir-şər məclislərində də bir yerdə olmuruq. Amma mən haqsızlığa məruz qalan, siyasi sifarişlə həbs olunan istənilən Azərbaycan vətəndaşını necə müdafiə edirəmsə, onu da müdafiə edirəm. Demokratiya tələb edir ki, sizinlə bir cəbhədə olmayan, vaxtilə sizinlə əks cəbhədə olan kiminsə hüququ pozulursa, buna səs çıxarmalısan, onu müdafiə etməlisən. Qurban Məmmədovun həbsi də sırf onun son zamanlardakı siyasi ritorikası ilə bağlıdır. O, həmişə öz fikirlərini özünəməxsus formada, sərt şəkildə ifadə edirdi. Amma bu, hakimiyyətə əsas vermir ki, Qurban Məmmədovu həbs etsinlər”.

S.Cəlaloğlu hüquqşünasın həbsi ilə bağlı başqa bir şübhəsinin olduğunu bildirdi: “Vaxtilə Türkiyədə hakimiyyətdəki nüfuzlu şəxslərdən birinin türkiyəli iş adamı ilə məhkəməsi olmuşdu. Qurban Məmmədov həmin məhkəmədə türkiyəli iş adamının vəkili olmuşdu və həmin prosesdə qalib gəlmişdi. Ola bilsin ki, indi qisas alırlar. Çünki Qurban Məmmədovun həbsi çox əsassız qərardır. Dediyim məhkəmə prosesi əsas səbəblərdən biridir. Bundan sonra ondan əl çəkmədilər, davamlı həbslər, repressiyalar oldu”.

Partiya sədrinin sözlərinə görə, Qurban Məmmədovun həbsinin Cinayət Məcəlləsinə heç bir uyğunluğu yoxdur: “Prokurorluğun bu məsələ ilə bağlı yaydığı bəyanat tamamilə uydurmadır. Bir zamanlar mənimlə də bağlı bəynat vermişdilər ki, guya mən ABŞ səfirliyini partlatmaq istəyirəm. Məni iki gün həbs elədilər. Məni şərləmişdilər”.

Qeyd edək ki, iyunun 4-də səhər saatlarınada Qurban Məmmədov Nəsimi Rayon Polis İdarəsinə çağırılıb. Onun polisə çağırılma səbəbi ötən ilin sentyabrında baş vermiş avtoqəza ilə əlaqələndirilib. Axşam isə Nəsimi Rayon Məhkəməsi Qurban Məmmədov barədə iki aylıq həbs-qətimkan tədbiri seçib.