BolgeXeber.Com » Siyasət » Putin Paşinyanı belə alçaltdı - VİDEO

Putin Paşinyanı belə alçaltdı - VİDEO

5-10-2020, 17:14
Oxunub: 3 574 "Rossiya-1” telekanalı PrezidentVladimir Putinin Rusiyanın hökumət üzvləri ilə keçirdiyi iclas zamanı Ermənistan baş naziriNikol Paşinyanın Kremlə aramsız zənglərini əks etdirən kadrlar yayıb.
"Moskva, Kreml, Putin” verilişində Prezident Vladimir Putinin iclasda iştirakı zamanı Paşinyanın ona dəfələrlə zəng vurduğu əks olunur.
Kadr arxasındaVladimir Salavyovbildirir ki, Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı digər ölkələrin rəhbərləri Vladimir Putinə daim zəng vururlar. Kadrlardan görünür ki, Vladimir Putin zənglərə cavab vermir.
Müxbir Prezidentin mətbuat xidmətinə istinadla deyir ki, zəng vuran Paşinyandır. Daha sonra iki dəfə Fransa Prezidenti Makron zəng vurub. Bundan sonra Rusiya Prezidentinin köməkçisi ona məktub da çatdırır. Vladimir Putin iclasın sonunadək Paşinyanın zənglərinə cavab vermir.