XİN-dən Belçika parlamentinin Qarabağ qətnaməsi ilə bağlı AÇIQLAMA
19-12-2020, 14:28
Oxunub: 560
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Belçika Krallığının Parlamentinin Azərbaycana qarşı bəzi əsassız iddiaları əks etdirən qətnamə qəbul etməsinə münasibət bildirib.
"Bu ilin 17 dekabr tarixində Belçika Federal Parlamentinin Nümayəndələr Palatasının plenar sessiyası zamanı "Dağlıq Qarabağ münaqişəsinin davamlı həlli və atəşkəsin əldə olunması üçün Belçikanın və beynəlxalq qurumların təşəbbüslərinə dəstək” adlı qətnamə layihəsi qəbul edilib.
Məlumat verdiyimiz kimi, Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının iclasında iştirak etmək məqsədilə Belçika Krallığına işgüzar səfər edən Xarici İşlər naziri Ceyhun Bayramov səfər çərçivəsində Belçika Krallığının Baş Nazirinin müavini, Xarici işlər, Avropa məsələləri, xarici ticarət və federal mədəniyyət institutları üzrə naziri Sofi Vilmes ilə görüşüb.
Görüş zamanı nazir Ceyhun Bayramov Belçika Parlamenti tərəfindən Azərbaycan, eləcə də qardaş Türkiyəyə qarşı əsassız və qərəzli iddiaları əks etdirən qətnamənin qəbul edilməsi ilə bağlı etiraz və narazılığımızı Belçika rəsmisinin diqqətinə çatdırıb”, - deyə XİN rəsmisi qeyd edib.
L.Abdullayeva qeyd edib ki, sənəddə Belçika hökumətinin izahı nəticəsində beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də BMT TŞ-nin 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrə istinadın əks olunmasına rəğmən, burada həqiqəti əks etdirməyən qərəzli fikirlərin yer almasının qəbuledilməz olduğu bildirilib:
"Vurğulamaq istərdik ki, Belçikanın Baş Nazirinin müavini, Xarici işlər, Avropa məsələləri, xarici ticarət və federal mədəniyyət institutları üzrə naziri ölkəsinin rəsmi mövqeyini xatırladaraq, Belçika tərəfindən dövlətlərarası münasibətlərdə hər zaman beynəlxalq hüququn normalarının rəhbər tutulduğunu qeyd edib”.
Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- 24-12-2020, 22:34 : Prezident bir qrup hərbçini “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif etdi - SİYAHI
Gündəm
- 6-01-2021, 10:44 : "Başçı dedi; "Sözümü gedib yaysan, səni içəri soxduracam, Ağdam mənimdir" - ŞİKAYƏT(VİDEO)
Ölkə
- 5-01-2021, 18:20 : Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda ermənilərin yaşadığı yerlər elə bil ki, it damıdır"
Siyasət
- 10-01-2021, 19:19 : İmişlidə şəhid dəfn olunub-FOTO
Bölgə
- 11-01-2021, 17:32 : Vladimir Putindən Qarabağla bağlı açqlama
Siyasət