BolgeXeber.Com » Siyasət » Vergilər Nazirliyi Hüseyn Abdullayevə qarşı cinayət işi barədə məlumatı təsdiqləmir
Vergilər Nazirliyi Hüseyn Abdullayevə qarşı cinayət işi barədə məlumatı təsdiqləmir
27-06-2013, 11:50
Oxunub: 5 680
Vergilər Nazirliyi keçmiş millət vəkili və sahibkar Hüseyn Abdullayevə qarşı vergidən yayınma maddəsi ilə cinayət işinin qaldırılması barədə məlumatı təsdiqləmir.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, bununla bağlı rəsmi məlumat yoxdur, bu barədə yalnız mətbuatda oxuyublar.
Öz növbəsində sabiq deputatın vəkili Kamandar Nəsibov bu barədə danışmaq istəməyib. O “bu mövzuda danışa bilmərəm” deyərək səbəbini açıqlamayıb.
DİN və Baş Prokurorluq da onlarda bu haqda məlumatın olmadığını bildiriblər.
H.Abdullayev keçmişdə nüfuzlu sahibkar və parlament üzvü olub. 2007-cil ildə o, hökuməti pis fəaliyyətinə görə tənqid edib və bu zəmində digər deputat Fəzail Ağamalı ilə aralarında dava düşüb. Nəticədə H.Abdullayev şərti olaraq 2 il müddətinə həbs olunub. Bundan sonra “kölgədə qalıb”.
Musiqi ilə məşğul olan H.Abdullayev bu yaxınlarda “Susma” mahnısını yazıb. Mahnını “Şeron” qrupu ifa edib.
Mahnıda hakimiyyətlə qarşıdurmaya çağırış səslənir və mahnıya çəkilmiş klipdə nümayişçilərə qarşı polis zorakılığını əks etdirən görüntülər yer alıb.
Klip Youtube-da yayımlandıqdan sonra “Şeron” qrupuna təzyiqlər başlayıb və qrup ondan imtina edib.
Bəzi məlumatlara görə, H.Abdullayev Türkiyədədir. O, Azərbaycan hakimiyyətini “Susma” klipindən sonra onun qohumlarına və yaxınlarına təzyiq göstərməkdə ittiham edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər