BolgeXeber.Com » Siyasət » Yadigar Sadıqovun səhhəti niyə pisləşib?

Yadigar Sadıqovun səhhəti niyə pisləşib?

28-06-2013, 11:30
Oxunub: 3 613 Lənkəran polisində onun işgəncəyə məruz qaldığına dair ehtimallar var

Dünən yerli İcra Hakimiyyətinin öyrətdiyi adam vasitəsi ilə şərlənərək həbs olunan Müsavat başqanının müşaviri Yadigar Sadıqlının Lənkəran Polis Şöbəsində səhhəti pisləşib. Bu barədə Müsavat Partiyası Masallı rayon təşkilatının sədri Xasay Səfəroğlu məlumat verib.

Məlumatda deyilir ki, gecə saatlarında Yadigar Sadıqovun səhhəti qəfil pisləşib. Ardından isə Lənkəran polisinə təcili tibbi yardım maşını çağırılıb. Sadıqovun səhhətinin hansı səbəbdən pisləşdiyi barədə heç bir məlumat verilmir. Ehtimal olunur ki, Müsavat başqanının müşaviri işgəncəyə məruz qalıb və o səbəbdən səhhəti pisləşib.

Bu əsnada Yadigar Sadıqovun həbsinin birmənalı şəkildə sifariş olduğunu təsdiq edən maraqlı məqamlar da üzə çıxıb. Onlardan biri Lənkəranda məşhur narkomanlardan biri olan Qarabağ qazisi tərəfindən yazılan müraciətin olduqca səlis dildə yazılmasıdır. Aydın məsələdir ki, bu şəxsin belə bir müraciət yaymaq qabiliyyətinin olması mümkün deyil. Və həmin cızma-qaranı da Lənkəran İcra Hakimiyyətində hazırlayıb ötürüblər.

İkincisi, Qarabağ əlilinin Azərbaycandakı bütün informasiya agentliklər, qəzetlər və saytların elektron ünvanlarını bilməsidir. Normalda jurnalistlər belə çox zaman bu imkanlara malik deyillər. Yəni, onlar belə bu qədər sayt və qəzetin elektron ünvanlarını tapmaq üçün ən azı bir neçə gün çalışmalı olurlar.
Üçüncüsü, Yadigar Sadıqovdan şikayət edən adamın yazdığı müraciətdə səbəbləri göstərməməsidir. Məsələn, o adam göstərmir ki, Yadigar bəy onu niyə döyüb. İkincisi, tutaq ki, hansısa müxalifətçinin sənə borcu var, bundan Yadigar Sadıqova nə? Üçüncüsü, adətən, məmurlar polisdən qorxmur deyə, vətəndaş mediaya üz tutur. Yəni deyirsiniz, polis Yadigar bəydən bu qədər qorxur?