BolgeXeber.Com » Siyasət » İlham Əliyev Tovuza gedib

İlham Əliyev Tovuza gedib

5-07-2013, 15:55
Oxunub: 6 077 Prezident İlham Əliyev Tovuz rayonuna səfəri çərçivəsində yenidən qurulan Tovuz-Qovlar-Ağbaşlar avtomobil yolunun açılışında iştirak edib. Dövlət başçısı yolun texniki göstəricilərini, əvvəlki və hazırkı vəziyyətini, eləcə də rayonda görülmüş tikinti-quruculuq işlərini, həmçinin Gənclər Evinin layihəsini əks etdirən stendlərə baxıb. Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib. O, görülən işləri yüksək qiymətləndirib.

İlham Əliyev həmçinin, Qovlar şəhər mədəniyyət və istirahət parkının yenidənqurmadan sonrakı vəziyyəti ilə də tanış olub.

Prezident İlham Əliyev Tovuzda Hemodializ Mərkəzinin açılışında iştirak edib. Səhiyyə ocağının rəmzi açılışını bildirən lenti kəsən dövlət başçısı hemodializ şöbəsi ilə tanış olub.

Mərkəzlə tanışlıqdan sonra Azərbaycan Prezidenti tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Rayon sakini Aybəniz Dəmirova göstərdiyi yüksək diqqət və qayğıya görə tovuzlular adından İlham Əliyevə minnətdarlığını çatdırıb.

Sonda xatirə şəkli çəkdirilib.