Hüseyn Abdullayevdən sensasion bəyanat
6-07-2013, 00:05
Oxunub: 4 969
Sabiq deputat bildirir ki, hakimiyyət onun valideynlərinə və digər yaxın adamlarına da cinayət işi açıb; “Oğuz eli”nin rəhbəri Almaniya hökumətindən siyasi sığınacaq istədiyini rəsmən təsdiqlədi.
Sabiq deputat Hüseyn Abdullayev musavat.com-a yeni bəyanat göndərib. “Oğuz eli” İctimai Birliyinin rəhbərinin növbəti bəyanatla çıxış etməsinə səbəb onun ailə üzvlərinin Azərbaycanda hakimiyyətin təqiblər və hədələri ilə üzləşməsidir. Xalqa ünvanlanan bəyanatda deyilir: “Əziz və çox dəyərli Azərbaycan xalqı. Sizlərə bildirmək istəyirəm ki, son bir həftə ərzində mövcud iqtidar nümayəndələri, başda İlham Əliyev, Mehriban Əliyeva, Ramiz Mehdiyev, Bəylər Əyyubov, Kəmaləddin Heydərov və Fazil Məmmədov olmaqla, ailə üzvlərimə və mənə yaxın olan digər şəxslərə qarşı olduqca murdar və misli görünməmiş bir repressiv təqib üsuluna əl atıblar və hər gün onlara yeni bir saxta cinayət ittihamı tətbiq edib hədə-qorxu gəlirlər. Mən Hüseyn Abdullayev öz adımla onlara bəyan edirəm ki, əgər onların doğurdan da dini İslamdırsa və onların doğurdanda şərəfi, mənliyi varsa o zaman mənimlə olan ədavətlərini və qisaslarını yaşlı valideyinlərimdən – ata-anamdan almasınlar. Onlar əmin olsunlar ki, hər kəs tutduğu vəzifəsindən asılı olmayaraq bir gün törətdiyi bütün qanunsuzluqlara görə artıqlaması ilə cavab verəcək. Sonda qədim Roma fəlsəfəsindən istifadə edib o rus dilli məmurlara bir aforizm deyirəm: “Predatelstvo i podlost eto poslednyaya dastoenstvo rimskoy imperii”.
H.Abdullayev bildirir ki, o, Azərbaycan hakimiyyətinin haqsız təqiblərinə cavab olaraq Almaniyadan siyasi sığınacaq istəyib: “Artıq müvafiq sənədləşmə işi yekunlaşmaq üzrədir. Gələn həftənin 1-ci günü, iyulun 8-də siyasi sığınacaqla bağlı Almaniya hökumətinə rəsmi müraciət edəcəm”.
Sabiq deputat onu da bildirdi ki, o, İnterpolu və Azərbaycanın Vergilər Nazirliyini məhkəməyə verəcək.
Xatırladaq ki, H.Abdullayev xeyli müddətdir ki, Azərbaycan hakimiyyəti tərəfindən təqib olunur. Ötən ayın əvvəllərində onun yazdığı “Susma” əsəri ictimailəşəndən sonra bu təqiblər daha da şiddətləndi. Onun qardaşını işdən çıxardılar, özünə isə vergidən yayınmaq ittihamı ilə cinayət işi açdılar. Ötən həftə “Yeni Müsavat”a açıqlamasında o, bildirmişdi ki, açılan cinayət işi quramadır və onun yaradıcılığı ilə bağlıdır. H.Abdullayev bildirmişdi ki, 10 ildir Azərbaycanda biznes fəaliyyəti ilə məşğul olmadığı halda onu necə vergidən yayınmaqda ittiham edə bilərlər.
Çox Oxunanlar
- 18-01-2025, 17:50 : Ərdoğandan daha bir XƏBƏRDARLIQ
Dünya / Xəbərlər
- 11-01-2025, 17:53 : Bu türk məşhurlarının evləri yandı
Şou-Biznes / Xəbərlər
- 1-02-2025, 17:22 : ABŞ paytaxtını siçovullar basdı
Dünya / Xəbərlər
- 25-01-2025, 16:57 : Rusiyada sərnişin təyyarəsi qəzaya uğrayıb
Dünya / Xəbərlər
- 7-01-2025, 13:16 : İcra başçısının sədrliyi ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında şura iclası keçirilib
Bölgə / Xəbərlər
- 24-01-2025, 17:54 : İstanbulda daha bir güclü yanğın baş verib
Dünya / Xəbərlər
- 15-01-2025, 17:57 : Hava ilə bağlı XƏBƏRDARLIQ
Xəbərlər / Ölkə
- 13-01-2025, 16:07 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Gülgəzli kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 8-01-2025, 16:25 : Kerimcan Durmaz həbs olundu
Şou-Biznes
- 15-01-2025, 14:13 : Ronaldo bu klubun şərikli sahibi olacaq
İdman