BolgeXeber.Com » Siyasət » "Ali Baş Komandamız sayəsində inanırıq ki, tarixi qayıdışımız əbədi olacaq"

"Ali Baş Komandamız sayəsində inanırıq ki, tarixi qayıdışımız əbədi olacaq"

4-03-2021, 18:16
Oxunub: 6 091 Möhtərəm Prezident İlham Əliyevin düşünülmüş uğurlu siyasi mövqeyi artıq bütün dünya siyasətçilərinin diqqətini cəlb etmiş, onlar üçün bir örnək mənbəyi olmuşdur . Cənab İlham Əliyevin gələcək perspektivləri onu göstərir ki , o təkcə Azərbaycanda yox bütövlükdə regionda lider dövlət başçısıdır. Cənab İlham Əliyevin yerli və xarici jurnalistlərlə 4 saat, 4 dildə davam edən mətbuat konfransı nəinki Azərbaycanda hətta dünyada diqqət mərkəzində idi. Bu qədər uzun bir müddətdə səlis şəkildə sualların cavablandırılması prezidentimizin yüksək vətənpərvərliyindən , ölkəsinə və xalqına olan məhəbbətindən irəli gəlirdi. Məhz 26 Fevral Xocali faciəsinin 29 –cu ildönümü günü cənab prezidentin mətbuat konfransı keçirməsi təsadüfü deyildi. Bununla Prezident dünyaya mesaj ötürür, bütün fikirləri növbəti dəfə Ermənistanın Azərbaycana qarşı soyqrımı siyasətinə yönəldirdi.
Mətbuat konfransı işğaldan azad edilmiş ərazilərimizdə ermənilərin törətdikləri vəhşiliklərin xarici media vasitəsilə dünya ictimaiyyətinə çatdırılması baxımından da çox önəmli idi. Dövlətimizin başçısı Azərbaycanın azad edilmiş torpaqlarında ermənilərin törətdikləri dağıntılar barədə ətraflı məlumat verdi , erməni vandalizminin iç üzünü bir daha açdı. Bundan başqa Prezident azad edilmiş ərazilərdə görülən bərpa- quruculuq işləri barədə ətraflı məlumat verdi. Eyni zamanda müharibədən sonrakı proseslərin təkcə Azərbaycanın inkişafı üçün deyil , bütövlükdə Qafqaz regionunun inkişafında təkan olacağını bildirdi. Füzulidə tikilən aeroport məsələsinə toxunun İlham Əliyev aeroportun beynəlxalq hava limanı olacağı barədə məlumat vermiş , aeroport ilə yanaşı Şuşa şəhərinə iki avtomobil yolunun tikilməsi, həmin yollardan birinin adının "Qələbə yolu" adlandırılması haqqında da məlumat bildirmişdir. Cənab İlham Əliyev nisbətən Aran ərazisindən keçən digər yolda da aeroportdan birbaşa gediş- gəliş olacağı , həmçinin xaricdə yaşayan soydaşlarımızın və xarici ölkə vətəndaşlarının Qarabağa gəlmək imkanı qazanacaqlarını da diqqətə çatdırmışdır. Eyni zamanda Prezident aeroportun təkcə Füzulidə deyil, Laçın və Zəngilanda da tikilməsinin planlaşdırılması barədə fikirlərini jurnalistlərə çatdırmışdır. Cənab Prezident azad edilmiş torpaqlarda böyük iqtisadi layihələrin icra olunacağı barədə danışarkən vurğulamışdır ki, infrastruaktur yaradılmalı , binalar inşa edilməlidir, o cümlədən məktəblər , xəstəxanalar tikilməlidir. Bunun üçün isə qüvvələr səfərbər edilməlidir. Prezident minlərlə kilometr avtomobil yollarının çəkiləcəyi, elektrik enerjisi ilə bağlı layihələrin bu ilin sonuna qədər icra ediləcəyi barədə, eyni zamanda içməli su, kənd təsərrüfatı və inşaat işləri barədə də jurnalistlərə məlumat vermişdir.
Biz əminik ki, İlham Əliyev cənablarının apardığı bu siyasət işğaldan azad olunmuş ərazilərin bərpası, yenidən qurulacaq şəhərlərin, rayonların sülh və əminamanlıq, eləcə də əməkdaşlıq şəraitində inkişafı təkcə bizim regionumuz üçün yox, dünya ölkələri üçün bir örnək olacaq. Qarabağ yenidən cənnət - məkan, dilbər guşəmiz kimi nəinki ölkə vətəndaşlarını, həmçinin xarici dövlətləri heyran qoyacaq. Ali Baş Komandamız sayəsində inanırıq ki, bu tarixi qayıdışımız əbədi olacaq.
Salyan rayon Qardili kənd tam orta məktəbin direktoru Faiq Çobanov