Rəsmi Bakıdan Ermənistana ÇAĞIRIŞ
14-05-2021, 17:59
Oxunub: 3 288
“Rəsmi İrəvana Azərbaycanın Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər bölgələrindəki sərhəd rejimi həqiqətini qəbul etmələrini tövsiyə edirik”.
Bolgexeber.com xəbər verir ki, bunu “Anadolu” agentliyinə açıqlaması zamanı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib. O bildirib ki, Azərbaycan öz ərazi bütövlüyü çərçivəsində xəritələrdən istifadə edərək sərhəd mühafizə sisteminin gücləndirilməsi istiqamətində addımlar atır.
SSRİ-nin dağılmasından sonra iki ölkənin müharibə səbəbilə sərhəd xəttinin olmadığını qeyd edən L. Abdullayeva, hazırda tərəflər arasında anlaşılmazlıqlarla müşayiət olunan qarışıq bir texniki prosesin aparıldığını deyib.
Mətbuat katibi Ermənistan tərəfinin təxribatçı açıqlamalarının ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərindən qabaqkı vəziyyətlə bağlı olduğunu bildirib:
“Ermənistan hakimiyyətinə Azərbaycanın Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər bölgələrindəki sərhəd rejimi ilə bağlı həqiqətləri qəbul etmələrini, bölgədəki vəziyyəti əsassız şəkildə gərginləşdirməmələrini tövsiyə edirik. Belə hadisələr hər iki tərəfin hərbi səlahiyyətliləri arasında aparılacaq qarşılıqlı görüşlərlər həllini tapa bilər və tapmalıdır”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər