Paşinyan Qazaxın 7 kəndinin Azərbaycana qaytarılacağını TƏSDİQLƏDİ
20-05-2021, 12:29
Oxunub: 3 696
Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan mühüm açıqlama verib.
Modern.az xəbər verir ki, hökumət başçısı Azərbaycanla sərhəd məsələlərinə dair yeni müqavilə imzalanacağını təsdiqləyib. Paşinyan bu barədə məlumatı ilk yayan şəxsi- Serj Sarkisyanın kürəkəni, hazırda İtaliyada yaşayan Mikael Minasyanı da tənqid edib.
“Bəli, Azərbaycanla yeni müqavilə imzalanacaq. Əgər həmin sənəd anti-ermənidirsə, niyə Minasyan həmin sənədin yalnız bir hissəsini yayımlayıb?”- deyə Paşinyan sual edib.
Xatırladaq ki, Mikael Minasyan Azərbaycanla Ermənistan arasında Rusiyanın vasitəçiliyi ilə imzalanacaq yeni müqavilə ilə Qazaxın 7 kəndininin, Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılacağını qeyd etmişdi.
ötən gün Qazaxın 7 kəndini, Naxçıvanın Kərki kəndini Azərbaycana qaytarmağı nəzərdə tutan, Azərbaycanla Ermənistan arasında demarkasiya və delimitasiya məsələləri üzrə birgə komissiyanın yaradılması barədə yayılan xəbərləri təsdiq edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər