“Dünyanın bütün aparıcı dövlətləri müstəqilliyimizin əbədiliyinə əmindir!”
29-05-2021, 11:59
Oxunub: 3 344
Dövlət müstəqilliyinin, azadlığının əzizliyini, şirinliyini xalqımız onu yaşadığı ilk dövrün şahidləri kimi unutmur və daim əziz tutur. Torpaqlarımızın 20 faizinin mənfur ermənilərin işğalından azad olunması, Azərbaycanı bütöv görmək istəyinin yanğısı o şirinliyin, o əzizliyin nə olduğunu xalqımıza bir daha yaşatdı. Və bu böyük arzunu reallığa qovuşduran iqtisadi və hərbi güc və qüdrətdən başqa xalqımızın birliyinin möhkəmliyi və əzəməti, beynəlxalq arenada siyasi nüfuz, iradə və mədəniyyətin möhtəşəmliyi və bunların fövqündə daha mühüm faktor- xalqın əsl lideri, parlaq ideyası ətrafında, bir bayraq altında hər kəsi birləşdirməyi bacaran rəhbər oldu. Möhtərəm Prezidentmiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibədə xalqımızın, rəşadətli Milli Ordumuzun qazandığı böyük Zəfər və Qələbə Azərbaycanı və onun rəhbərini bütün dünyaya yenidən tanıtdı və həm də sevdirdi.
Bu gün regionun lideri və beynəlxalq təşəbbüslərin müəllifi olan ölkəmizin əldə etdiyi uğurlar və qazandığı tərəfdaşlar sayəsində dünyanın siyasi xəritəsində öz statusunun yüksəlməsinə müvəffəq oldu. Respublika günü münasibətilə ümumilikdə 60- dan artıq ölkə rəhbəri tərəfindən dövlətimizin başçısı cənab İlham Əliyevə ünvanlanmış təbrik məktubları Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun və genişlənən əməkdaşlığının göstəricisidir. Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində öz status və rolunu artırmışdır. Vətən müharibəsindən Azərbaycanın əməkdaşlıq etdiyi proritet ölkələr sırasına daxil olmaq üçün yalnız ABŞ və Rusiyanın deyil, həm də Çin və ABŞ-ın bir- birilə rəqabət aparması dövlətimizin artan nüfuzunun və regiondakı aparıcı rolunun ən önəmli sübutudur.
Gələn təbrik məktublarını təhlil etdikdə dövlətimizin ölkələr arası münasibətlərdəki perspektivliyində tutduğu yer və mövqedən qürur duyuruq. Əldə olunan uğurlar, artan nüfuz və iqtisadi potensialına görə ölkəmiz həm strateji tərəfdaş, həm də xalqların gələcək rifahı naminə çoxşaxəli əməkdaş kimi dəyərləndirilir. ABŞ Prezidentinin təbrik məktubundakı fikirləri xüsusilə diqqət çəkicidir. Məktubda dünyanı təhdid edən terrorla mübarizədə Azərbaycanın oynadığı rol ABŞ-ın siyasi rəhbərliyi tərəfindən etiraf olunur. ABŞ Prezidenti dövlətimizə NATO-nun Əfqanıstandakı missiyasına və və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstəyə görə minnətdarlığını bildirir və mövcud istiqamətdəki əməkdaşlığın önəmini vurğulayır. Rusiya Prezidenti öz təbrik məktubunda Azərbaycanın dünya arenasında yüksək nüfuz qazandığını, beynəlxalq gündəlikdəki çoxsaylı mühüm məsələlərin həllində fəal rol oynadığını bildirib. Çin Xalq Respublikasının Sədrinin məktubunda “Bir kəmər, bir yol” beynəlxalq layihəsi üzrə ölkələrimiz arasında əməkdaşlığın dərinləşməkdə davam etməsi xüsusi olaraq vurğulanır. Beləliklə, dünyanın ən böyük iqtisadi güc mərkəzləri olan ABŞ və Çin Azərbaycanla birgə regional əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduğunu bildirirlər.
Əlbəttə, özünün hərtərəfli inkişafı ilə dünyanın aparıcı dövlətlərinin rəğbətini əldə etməyi bacaran və ölkəmizin müstəqilliyinin əbədiliyinin qarantı
olan möhtərəm Prezidentimiz cənab İlham Əliyevə Respublika günündə ünvanlanan bu məktublardan görünən və qəlbimizi qürur və fəxarət hissi ilə coşduran odur ki, dünyanın bütün aparıcı dövlətləri müstəqilliyimizin əbədiliyinə əmindir! Xalqımızın ümummilli lideri Heydər Əliyevin dediyi kimi, “Müstəqilliyimiz əbədidir, sarsılmazdır, dönməzdir.”
Fəqət Şadlinskaya,
YAP Bərdə rayon təşkilatının sədri
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər