Deputat Musa Qasımlı:”Nazirlik və Xidmət bir neçə cəbhədə döyüşürdü”
20-06-2021, 21:39
Oxunub: 4 976
Bu gün general-polkovnik Əli Nağıyevin Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi və general-polkovnik Vilayət Eyvazovun daxili işlər naziri təyin edilməsindən 2 il ötür.
Millət vəkili, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı generalların fəaliyyəti barədə Bolgexeber.com-a danışıb:
“Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun və DTX rəisi general-polkovnik Əli Nağıyevin fəaliyyətinə qiyməti cənab Prezidentimiz İlham Əliyev verib. 44 günlük müharibədə qazanılan qələbədən sonra onların hər ikisinin yüksək dövlət mükafatları ilə təltif edilməsi hər şeyi deyir.
Bundan yüksək qiymət nə ola bilər? Dövlətimizin onurğa sütununu təşkil edən bu qurumların rəhbərləri və əməkdaşları müharibə zamanı ordumuzla bərabər bütöv bir sistem olaraq gecə-gündüz uğurla çalışdılar və millətimizlə daha da qaynayıb-qarışdılar".

Nəzərdən qaçırmayaq ki, bu fəaliyyət həm də koronovirus pandemiyası günlərində görülürdü. Nazirlik və Xidmət bir neçə cəbhədə döyüşürdü. Həm Vilayət müəllim, həm də Əli müəllim bu qurumların içində yetişiblər, peşəkarlardır. Qurumların fəaliyyətinin təşkilində onların fərdi biliyi, yüksək təşkilatçılıq bacarığı və qətiyyəti müstəsna rol oynayır. İctimai rəy də yaxşıdır. Hər iki qurumun rəhbərinə uğurlar arzulayıram”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər