BolgeXeber.Com » Siyasət » Ramiz Mehdiyevə tərs zərbə: 5-ci kalon dağıdılır? – Sevinc Telmanqızı ilə “Canlı debat”

Ramiz Mehdiyevə tərs zərbə: 5-ci kalon dağıdılır? – Sevinc Telmanqızı ilə “Canlı debat”

22-06-2021, 14:35
Oxunub: 3 632 Nazirlər Kabinetinin bugünkü qərarına əsasən, iyulun 1-dən etibarən COVİD-19 pasport tələbi tətbiq olunan məkanlarda çalışan işçi heyətin (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) azı 80 faizinin COVID-19 pasportuna malik olması mütləqdir.
Avqustun 1-dək birinci doza qeyd olunan vaksinasiya sertifikatı qəbul ediləcək.
Avqustun 1-dən isə COVID-19 pasportu tələb olunacaq.
Gündənin daha bir məsələsi: Vitse spiker Adil Əliyevin AMEA prezidenti Ramiz Mehdiyevlə bağlı dedikləri sensasiya xarakterlidir. Vitse spiker deyib ki, “Ramiz Mehdiyevin yerinə kim olsa, bir gün də o postda oturmaz, dərhal istefa verib nəvələri, nəticələri ilə vaxt keçirməyə gedərdi. Bu adam isə dəfələrlə ifşa olunmasına baxmayaraq, öz postundan dörd əlli yapışır və AMEA kimi elm mərkəzini şəxsi qara biznesinin ofisinə çevirir. Və bir daha sübut edir ki, ölkəmizin inkişafı, xüsusilə də müasir hərbi sənaye komplekslərinin yaradılması Şuşa Bəyanatından əvvəl də Ali Baş Komandanın başlıca prioriteti olub. Təbii ki, ölkə başçısı öz hərbi və iqtisadi hədəflərinin bundan daha aydın deyə bilməzdi. AMEA prezidenti isə mənasız qurumalar yaradaraq və o qurumlara özünün yaxınlarını gətirərək, akademik büdcəni göyə sovurmaqla məşğuldur”.
Bu açıqlama nəyin anonsudur? R.Mehdiyevə qarşı yeni hücum başlanır? 5-ci kalon hədəfə gətirilir?
Toylara verilən icazə və bu qərardakı boşluqlar, insanları düşündürən yeni nüanslar da müzakirə mövzusu olacaq. Bundan başqa, Azərbaycan insanının istirahət hüquqlarını pozan məmurlar kimlərdir?
Azərbaycan tamaşaçısını narahat edən bütün mövzuları müəllif Sevinc Telmanqızının təqdimatında, tanınmış siyasətçi və ekspertlərlə efirə qoşulmaqla müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.