BolgeXeber.Com » Siyasət » Ərdoğan TƏLİMAT VERDİ: "Həqiqət əməliyyatı" başlayır

Ərdoğan TƏLİMAT VERDİ: "Həqiqət əməliyyatı" başlayır

30-06-2021, 11:19
Oxunub: 2 704 "Yalan əməliyyatı"na qarşı "həqiqət əməliyyatı" keçirəcəyik".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının toplantısında çıxış edərkən deyib.
"Təbliğat-media şöbəsinin vəzifəsi həqiqəti anlatmaq, təşkilat şöbəsinin vəzifəsi isə həqiqətləri 11 milyon üzvümüzə çatdıraraq vətəndaşlarımıza düzgün anlatılmasını təmin etməkdir. Yay dönəmində də meydanlara çıxıb həqiqətləri anladacağıq", - deyə, Türkiyə lideri təlimat verib.
Ölkə başçısı həmçinin CHP sədri Kamal Kılıçdaroğlunun reallığı əks etdirməyən açıqlamalar verdiyini bəyan edib.