“Milli Şura məni vahid namizəd seçsin,qorxmadan Bakıya qayıdım
30-07-2013, 09:35
Oxunub: 5 255
ACP liderinin yeganə şərti isə Milli Şuranın vahid namizədi olmasıdı
29 iyulda ACP lideri Rəsul Quliyevin təşəbbüsü ilə bu partiyanın rəhbərliyinin toplantısı keçirilib. Toplantıya rəhbərlik edən ACP sədri Sülhəddin Əkbər R.Quliyevin ACP rəhbərliyinə təklifini çatdırıb və müraciətini səsləndirib.
R.Quliyev təklif edib ki, Milli Şuranın sədri və vahid namizədi Rüstəm İbrahimbəyovla görüşmək üçün Tiflisə yollanan nümayəndə heyətinin tərkibində olan S.Əkbər görüşdə alternativ vahid namizəd məsələsi gündəmə gələrsə, ACP liderinin namizədliyini irəli sürsün. R.Quliyev müraciətində bildirib ki, əgər Milli Şura onun vahid namizədliyini dəstəkləsə, o, heç nədən çəkinməyərək, hətta həbsə alınsa belə, Bakıya qayıtmağa razıdı. Bunun üçün ACP liderinin yeganə şərti isə Milli Şuranın vahid namizədi olmasıdı.
Qeyd edək ki, indiyə kimi hər seçkilər ərəfəsində R.Quliyev ölkəyə qayıtdığını elan etsə də, hər dəfə bu baş tutmayıb.
2005-ci ildə isə eks-spikerin qayıdış planının iflasa uğraması, müxalifətə və hakimiyyətdəki bir sıra qüvvələrə ciddi ziyan vurub.müsavat.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər