Çingiz Qənizadə seçiciləri ilə görüşüb
21-05-2011, 10:15
Oxunub: 2 614
Deputat insanların problemləri ilə maraqlanıb, onların həllinə yardımçı olacağını deyib
Millət vəkili Çingiz Qənizadə 80 saylı İmişli-Beyləqan dairəsində seçiciləri ilə görüşlərə başlayıb. Bu barədə deputatın mətbuat xidmətindən bildirilib.
Verilən xəbərə görə, son iki gündə görüşlər əsasən İmişlinin mühüm yaşayış sahələri olan Bəhramtəpə, Sarıxanlı, Qaragüvənlikli və s. kənlərində keçirilib. Dünən isə İmişli rayon mədəniyyət sarayında müxtəlif kəndləri təmsil edən 150 nəfərlə görüş olub. Deputat seçiciləri maraqlandıran suallara cavab verib, onların problemləri ilə əlaqədar ərizə və müraciətlər qəbul olunub.
Keçirilən görüşlərdə təkcə seçiciləri maraqlandıran məsələlərlə bağlı dinləmələr olmayıb, həmçinin son aylarda parlamentdə qəbul edilən qanunlar, qərarlar, onlar haqqında ətraflı məlumat və şərhlər verilib. Bundan başqa, dairənin İranla həmsərhəd rayonları əhatə etməsini, bu ölkə KİV-lərinin daim Azərbaycan əleyhinə təbliğat aparmasını nəzərə alaraq, bütün görüşlərdə İranın Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa yönələn addımları, siyasi kursu və ölkəyə narkotiklərin daşınmasında rolu və s. haqda geniş məlumat verilib, əhali ayıq-sayıq olmağa çağırılıb.
Deputat kənd yollarının bərbad olduğunun şahidi olub və bu istiqamətdə əlindən gələni edəcəyini söz verib. Şikayət olunan məsələlərdən biri də torpaq bölgüsü ilə bağlıdır. Pay torpaqları bölünərkən müəyyən səhlənkarlıqlara yol verildiyi deputatın diqqətinə çatdırılıb. Öz növbəsində Ç.Qənizadə bu problemin məhkəmələr vasitəsilə həlli yollarını, hüquqi prosedurları seçicilərin diqqətinə çatdırıb. Həyətyanı torpaqların ayrılmasında da problemlər var və bu barədə millət vəkilinə şikayətlər olub. Bu şikayətlərin bəziləri yerindəcə araşdırılaraq həllini tapıb, digərləri isə rayon rəhbərliyinin diqqətinə çatdırılıb.Ç.Qənizadə bir neçə şəhid ailəsinə xüsusi diqqətlə yanaşaraq, müraciətlərinin araşdırılmasına və problemlərinin həllinə yardımçı olub.
Görüşlər hazırda davam edir. Deputat dairənin bütün kəndlərini əhatə etməklə görüşləri mütəmadi olaraq keçirəcək. Növbəti həftələrdə dairənin Beyləqan ərazisinə düşən kəndlərindən olan seçicilərlə görüş planlaşdırılır. Ç.Qənizadə hesab edir ki, bu cür görüşlərin mütəmadi keçirilməsi vacibdir. Bu, insanlarda Milli Məclisə, deputatlara olan inamsızlığı aradan qaldırmağa xidmət edər (musavat.com).
Çox Oxunanlar
- 7-04-2021, 11:43 : Səlim Müslümov daha bir vəzifəsini itirdi - Yeni təyinat
Xəbərlər
- 7-04-2021, 11:53 : Cəlilabad meşələrində əkilən qoz bağlarına kimlər göz dikib-ŞİKAYƏT(VİDEO)
Gündəm
- 9-04-2021, 17:03 : Malik Həsənov: Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb
Siyasət
- 7-04-2021, 11:31 : Vətəndaşların 3.2 milyon manatını mənimsəyən xanım direktor HƏBS EDİLDİ
Xəbərlər
- 17-03-2021, 12:24 : Bakı Apelyasiya Məhkəməsindən Ata Abdullayevlə bağlı QƏRAR
Siyasət
- 17-03-2021, 17:53 : Malik Həsənov: Zəfərimiz bu gün dünyanın aparıcı ali məktəblərində öyrənilir
Siyasət
- 4-04-2021, 14:40 : Azərbaycanda rüşvət alan rəis belə həbs olundu - ANBAAN VİDEO
Xəbərlər
- 22-03-2021, 16:22 : Zirəddindən Azərbaycanla bağlı ŞOK PROQNOZLAR - Koronavirus, zəlzələ və... - VİDEO
Xəbərlər
- 17-03-2021, 11:37 : Arzu Rəhimovun Göyçaydakı adamı ittiham olunur - MÜRACİƏT
Gündəm
- 17-03-2021, 11:14 : Marşrut avtobusları 9 gün işləməyəcək? (AÇIQLAMA)
Sosial